Azərbaycanda zəlzələ olub

Azərbaycanın şimal-qərb bölgəsində daha bir zəlzələ baş verib.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən xəbərə görə, zəlzələ bu gün saat 01.29-da Zaqatala rayonundan 19 km şimal-qərbdə, Balakən ərazisində qeydə alınıb.

Zəlzələ Balakən ərazisində 4,1 bal, ətraf rayonlarda isə 2-3 bala qədər hiss olunub. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, hər hansi bir dağıntı, fəsad baş verməyib.

Zəlzələ zəif hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə