Biləsuvarda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatında "Yeni Azərbaycan" təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçiriləcək referendumda ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının və "Yeni Azərbaycan" təşviqat qrupunun Biləsuvar rayon şöbəsinin sədri Kamil Mirzəyev Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurlardan, demokratik dövlət quruculuğu prosessində həyata keçirilən geniş islahatlardan söz açıb.
Konstitusiyaya təklif olunan əlavə dəyişikliklərlə bağlı seçicilərə məlumat verən Kamil Mirzəyev bildirdi ki, ölkə vətəndaşlarının böyük əksəriyyəti bu əlavə və dəyişikliklərə yekdilliklə səs verəcəklər.
Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Mirkazım Kazımov çıxışında Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin zəruriliyindən söz açıb. M.Kazımov qeyd edib ki, Konstitusiyaya təklif edilən dəyişikliklər ölkədə demokratik təsisatların fəaliyyətinin və bütövlükdə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və insan hüquq və azadlıqlarının təminatına xidmət edir.
Görüşdə YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərin yaranma zərurəti və əhəmiyyətindən danışıb. Bildirib ki, dəyişikliklər ölkədə həyata keçirilən islahatların mahiyyətindən irəli gəlir: "Biz hər birimiz gündəlik həyatımızda müsbətə doğru gedən dəyişikliyi, Azərbaycanın regiondakı gücünü, söz sahibi olmasını və sair çox yaxşı görürük. Ölkəmiz hər gün inkişaf edir, qudrətlənir. Bütün bunlar isə özü ilə bərabərində zaman-zaman müəyyən dəyişikliklərin edilməsini qaçılmaz edir. Məhz Konistitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər də bu istiqamətdədir. İnkişafın önünü açmaq üçün, imkanları daha da genişləndirmək üçün bu referendum aktı vacib məsələlərdən biridir".
Çıxışların yekununda gənc seçiciləri maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB