Prezident İlham Əliyevin konstitusiya maddələrinə dəyişiklik təklifi zamanın və Azərbaycan xalqının tələbidir. 26 sentyabr tarixində keçiriləcək Referendum Prezident İlham Əliyevin növbəti mütərəqqi islahatlar təşəbbüsüdür. Cənab Prezidentin Konstitusiyaya maddələrinə dəyişikliklər təklifi bütünlükdə mütərəqqi beynəlxalq təcrübəyə əsaslanır. Belə ki, bu islahatlarda əsas hədəf olaraq dövləti idarəetmə sistemini daha da təkmilləşdirməklə yeni çevik və effektiv idarəetmə mexanizmi formalaşdırmaqdır. Ümumilikdə Referendum layihəsinə görə konstitusiyanın maddələrindən 23-nə dəyişiklik həmçinin 6 yeni maddənin əlavə edilməsi təklif olunur. Konstitusiyaya dəyişikliyinin həyata keçirilməsinidəstəkləyəcək və referendumda hakim rolunda çıxış edəcək Azərbaycan xalqının Prezident İlham Əliyevə böyük inamın olduğunu hər kəs etiraf edir.
Mən bir gənc kimi Konstitusiya maddələrinə dəyişiklikləri, qanunvericiliyimizdə aparılan bu islahatları dəstəkləyir və ölkəmizdə yeni yaradılacaqvitse-prezident institutuna diqqət çəkmək istəyirəm. Dünyada nə qədər dövlət varsa o qədər də özünəməxsus xüsusiyyətləri ilə seçilən idarəçilik formaları mövcuddur.İdarəçilik sisteminin təkmilləşdirilməsi, vitse-prezidentlik mexanizminin yaradılmasında əsas məqsəd düşünürəm ki, idarəetmənin daha da təkmilləşdirilməsi və müasir beynəlxalq çağırışlara cavab verməsinin təmin olunmasıdır.
Hesab edirəm ki,konstitusiya islahatları ölkəmizin həm daxilində,həm də beynəlxalq arenada milli gücünün,çəkisinin daha da artmasına xidmət edəcəkdir. Bütövlükdə konstitusuyaya dəyişikliklər zamanın və Azərbaycan xalqının tələbi olmaqla yanaşı, ölkəmizdə uğurla həyata keçirilən çoxşaxəli islahatların davamı və tərkib hissəsidir.Bir gənc kimi tam əminliklə deyirəm ki, cari ilin sentyabr ayında baş tutacaq referenduma hamı bir nəfər kimi HƏ deyəcək. Məhz buna görə də son vaxtlar bəzi dairələrin narahatlığı düşməndən sifariş alaraq ölkəmizə və onun üçün qəbul olunacaq qərarlara qara yaxmaqlaından aydın şəkildə görülür. Amma hamıya açıq-aşkar məlumdur ki, cənab Prezident tərəfindən konstitusiyaya təklif edilən dəyişikliklərin xalq tərəfindən təsdiqi Azərbaycan gəncliyi üçün atılmış ən böyük və perspektivli addım olacaqdır.
Hazırda dünyanın siyasi arenasında baş verən hadisələr,eləcədə ölkəmizdəuğurla yürüdülən stabil, siyasi və iqtisadi vəziyyət Azərbaycan dövlətinin öz gənclərinə güvəndiyiniəyani şəkildə göstərir. Nəzərdə tutulan əlavə dəyişikliklər xalqımız tərəfindən dəstəkləndikdən sonra
Azərbaycan növbəti inkişaf mərhələsinə keçid üçün yeni bir nəfəsvə imkan qazanacaqdır.
Sonda bir daha böyük inamhissi ilə vurğulayıram ki, Konstitusiyamıza cari ilin sentyabr ayının 26-da nəzərdə tutulan referendum növbəti dəfə prezident İlham Heydər oğlu Əliyevə ümumxalq inamının nümayişinə çevriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB