Mübariz Əhmədoğlu: “Üçlü format Ermənistanı ağıllandırır” SƏS TV
"Azərbaycan, Rusiya və İran prezidentlərinin yaratdığı üçtərəfli format nəticəsində region bütövlükdə əməkdaşlıq zonasına çevrilib. Bizə lazımdır ki, Rusiya və İranla münasibətlərdə iqtisadiyyatımız irəliləsin. Bu format Qərbin region üzrə planını pozan bir təşəbbüsdür". SİA-nın məlumatına görə, bunu bu gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan prezidentinin irəli sürdüyü bu format XIX əsrin tarixi konfliktlərini XXI əsrdə əridən ideyadır.
M.Əhmədoğlu bildirib ki, üçlü format Ermənistanı ağıllandırır: "Artıq erməni ekspertlər də başa düşür ki, onlar İran və Rusiyanı Azərbaycana uduzublar. Ermənilər anlayır ki, İran ermənipərəstlikdən azərbaycanpərəstliyə doğru yol keçib. Qərbin planı o idi ki, Rusiya və İran arasında qarşıdurma yaratmaqla Mərkəzi Asiya və Qafqaz regionunu nəzarətdə saxlamasınlar".
Politoloq həmçinin İranda bir qrupun Azərbaycana qarşı çıxmasından da danışıb: "Əgər İran Şimalla bağlı normal siyasət apara bilməyəcəksə, bu İranın ziyanına olacaq. İranda bir qrup var ki, həm İran prezidenti, həm də Azərbaycana qarşıdır. Bu qrup tapşırıq alıb ki, Azərbaycana zərər versin. Bu dini, həm da başqa məsələlərdə nəzərdə tutulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB