Sentyabrın 3-də Masallıda uşaq-incəsənət məktəbi istifadəyə verilib.SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Dövlətimizin başçısına məlumat verildi ki, məktəbin binası iki mərtəbədən və zirzəmidən ibarətdir. Layihənin icrasına 3,1 milyon manat vəsait xərclənib. Burada 14 sinif otağı, zal, bufet, rəqs otağı, kitabxana, heykəltəraşlıq emalatxanası və s. var.
Prezident İlham Əliyev məktəbin xor kollektivinin ifasını dinlədi.
Sonda xatirə şəkli çəkdirildi.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB