AXCP rəsmisi: “Müxalifət 20 ildən çoxdur xalqı aldatmaqla məşğuldur” AÇIQLAMA
"Yurdun (AXCP) və Müsavat partiyasının mitinq qərarı siyasi oyundur. Zaman-zaman onlar bu hiylə ilə özlərinin varlığını hiss etdirməyə çalışırlar". Bunu SİA-ya AXCP-nin sədr müavini Ehtiram Mehdiyev deyib.
Onun sözlərinə görə, proseslərə nəzər salsaq görərik ki, bu günə keçirilən bütün etiraz aksiyalarından heç bir nəticə əldə olunmayıb: "Hər mitinqdə isə iştirakçıların sayı 70-80 faiz nisbətində azalır. Bu dəfə də eyni hal baş verəcək. Mitinqdə iştirak edən bir neçə "yurdçu" və müsavatçı olacaq. Çünki illərdir xalqın etibar etdiyi ənənəvi müxalifətin yarıtmaz siyasəti hakimiyyət cəbhəsinə güc gəlmək iqtidarında deyil. Ənənəvi müxalifət 20 ildən çoxdur saxta lider yetişdirmək üçün xalqı aldadır. Yurd"un verdiyi mitinq qərarı da sadəcə bir oyundur. Fəaliyyətini göstərmək üçün Əli Kərimlinin bu cür addımlar atmağa ehtiyacı var. Hər zaman fədakar cəbhəçiləri və müsavatçıları öz şəxsi maraqlarına qurban verən Yurd və müsavat sədri yenə də öz xislətindən əl çəkmir. Bu mitinq əgər baş tutarsa, yenə də bir neçə nəfər Kərimli maraqlarının qurbanına çevriləcək".
E.Mehdiyev deyib ki, təssüflər olsun ki, bugün müxalifət xalqın anlayacağı dildə danışmaq, onu inandırmaq imkanını sanki birdəfəlik əlindən verib: "Müxalifət liderləri hələ də elə düşünürlər ki, xalqı sosial şəbəkələr vasitəsi ilə ayağa qaldırmaq mümkündür. O mərhələ isə çoxdan arxada qalıb. Çünki zamanında verilən vədlər nəticəsiz qalıb. Xalq artıq siyasi əlillərin vədlərinə inanmır. Yekə-yekə bəyanatlar verən, dörd-beş min vətəndaşını bir araya gətirə bilməyən müxalifət partiyaları hansı məntiqlə siyasi hakimiyyət uğrunda mübarizədən danışır?".
O əlavə edib ki, "Milli Şura"nın missiyası isə ayda bir dəfə Yurd sədri Əli Kərimlinin pozulmuş iqtisadi hüquqlarının müdafiəsinə yönəlik toplantı keçirməsindən ibarətdir: "Görünən budur ki, ənənəvi müxalifət cəmiyyətin etirazına səbəb olan bu referendumu da nəzəri reaksiyalarla yola vermək istəyir. Hesab edirəm ki, xalq artıq yeni sima, yeni lider axtarışındadır. Mitinq, aksiya kimi amillər sivil cəmiyyət üçün keçərli deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB