"The Wall Street Journal" Trampın cinayətkar keçmişindən yazdı

"The Wall Street Journal" Trampın cinayətkar keçmişindən yazdı

ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Trampın yaxın keçmişdə Amerikanın mütəşəkkil cinayətkar dəstələri ilə iş birliyi barədə məlumatlar üzə çıxıb. SİA-nın məlumatına görə, bu barədə yazan "The Wall Street Journal"da qeyd edilir ki, Federal Tədqiqatlar Bürosu (FTB) bu barədə xəbərdar olub və maqnata xəbərdarlıq edilib ki, maliyyəsini mafiyaların sevdiyi kazinolara və s. şəbəkələrə xərcləməkdənsə, digər qanuni yollar vasitəsilə pul qazansın.

ABŞ KİV-ləri sual edir: Əgər Tramp prezident olarsa onun biznesinin Ağ evə aidiyyatı olacaqmı?

Məlumatlara görə, 1981-ci ildə Tramp FTB agentləri ilə konfidensional göüşündə Atlantik-Siti kazinolarından əldə etdiyi gəlirlərlə bağlı məlumatlarını verib. Maqnat etiraf edib ki, bu məsələnin ictimailəşməsi ailə biznesinin reputasiyasını ləkələyə bilər. Ona görə də FTB agentləri Trampa daha məqsədəuyğun biznes sahələri ilə məşğul olmağı tövsiyə ediblər.

Digər məlumatlara görə, Tramp keçmişdə Pensilvaniya ştatının cinayətkar qrup təşkilatçılarından olan bir nəfərlə iş birliyi əlaqələrində olub. O, eyni zamanda Nyu-Yorkda keçirilən at yarşlarında dələduzluq əməlinə görə həbs olunan başqa bir nəfərlə, reketçilikdə ittiham olunmuş həmkarlar ittifaqının lideri ilə, eləcə də maxinasiyalarla məşğul olan mafiya üzvləri ilə sıx iş birliyində olub.

"The Wall Street Journal" daha sonra etiraf edir ki, Trampın arzuolunmaz əlaqələri artıq keçmişdə qalıb və onun özü də sahibkarlıq fəaliyyətində baş verən cinayətkar keçmişini gizlətmir.

Qeyd edək ki, Trampın sərvəti ona atasından qalıb. Belə ki, milyarderin atası İkinci dünya müharibəsi ərəfəsində Nyu-Yorkun Bruklin və Kunis rayonları ərazisində uzuc evlər tikib-satmaqla məşğul olub. Tramp isə öz növbəsində ona qalan biznesin inkişaf vektorunu dəyişib və ABŞ-la yanaşı dünyanın bir çox ölkələrində bahalı ofis binaları, otellər, kazinolar, qolf-klublar tikməyə başlayıb. İllər keçdikcə onun biznes dünyasına restoranlar şəbəkəsi, ipoteka, ayaqqabı və geyim, qızıl-zinət əşyalarının satışı, mebel, ev üçün məişət əşyaları, moda və s. çoxsaylı gəlir mənbələri daxil olmağa başlayıb.

Milyarderin biznesinin ən öndə gedəni isə gözəllik konkurslarıdır. O, "Miss ABŞ" və "Miss dünya" gözəllik yarışlarının əsas rəhbəridir.

Köklü Nyru-Yorklu olan Trampın inşaat imperiyasının əsas qalası isə Manhettenin mərkəzində Beşinci avenyu küçəsindəki "Trump Tower" binasıdır. Məhz orada maqnatın mənzil-qərargahı "Trump Organization" yerləşməkdədir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə