Üzərindən FETÖ lideri Fətullah Gülənlə bağlı çoxsaylı ittiham faktlarının ağırlığı ola-ola AXCP sədri Əli Kərimlinin bu dəfə digər bəhanə ilə insanları küçələrə səsləməsi özü-özlüyündə bir çox məqamları aşkarlayır. İlk növbədə belə düşünmək olar ki, Kərimli həqiqətən də həbs qorxusu yaşayır və "tutar qatıq, tutmaz ayran" prinsipini əsas götürərək, siyasi səhnədən "qapını çırparaq" mürəxxəs olmağa hazırlaşır, digər tərəfdən, onun son bir neçə gündə Qərb ölkələri səfirliklərinə, xüsusilə ABŞ səfirliyinə gedib-gəlməsi siyasi cəhətdən cürətləndirib. Yəni o, referendum bəhanəsi ilə etiraz aksiyaları sifarişini xalqdan deyil, bilavasitə misterlərdən və müsyölərdən alıb. Əslində, başqa cür ola da bilməzdi. Uzun illərin göstəricisi də belə əsaslanmağa zəmin yaradır ki, AXCP sədri heç vaxt xalqın maraqları çərçivəsindən çıxış etməyib, xalqdan təcridolma siyasəti yürüdüb və xüsusilə Azərbaycana qarşı çıxan xarici qüvvələrə nökərçilik edib.
Təbii ki, Ə.Kərimlinin bu dərəcədə siyasi həyasızlıq nümayiş etdirməsi səbəblərindən biri də onun özünəinam hissinin ölməməsidir. Daha dəqiq desək, AXCP sədri hələ də inanır və ətrafındakıları da inandırmağa çalışır ki, o müxalifətin "vahid lideridir". Əbəs yerə deyil ki, bugünlərdə Kərimlinin sosial şəbəkə xidmətçiləri ictimai rəyi yoxlamaq məqsədilə onu "ümummilli lider" kimi təqdim etmişdilər. Lakin gözlənilən nəticə alınmadı və ictimai rəy bu iddiaya ümumiyyətlə reaksiya vermədi.
Nəyə görə ABŞ Güləni Türkiyəyə təhvil vermir və hansı səbəbdən Kərimli ABŞ səfirliyinin təlimatlarını həyata keçirir?
Yeri gəlmişkən, AXCP sədrinin ABŞ səfirliyinə get-gəli onun FETÖ lideri ilə işbirliyi barədə faktlarının mətbuatda yer alması ilə üst-üstə düşürdü. Kərimli bir tərəfdən "şərləndiyini" deyir, o biri tərəfdən Amerikanın Azərbaycandakı diplomatik nümayəndəliyində bir neçə gün fərqi ilə görüşlər keçirirdi. Bildiyimiz qədər, ABŞ-da yaşayan F.Gülənin isə Türkiyəyə ekstradisiyası hələ də reallaşdırılmayıb. Demək, burada üst-üstə düşən məqamlar çoxdur. Bu məqamlar isə bəzi suallar yaratmaqla yanaşı, cavablarını da verməkdədir. Nəyə görə ABŞ Güləni Türkiyəyə təhvil vermir və hansı səbəbdən Kərimli ABŞ səfirliyinin təlimatlarını həyata keçirir? Fakt budur ki, AXCP sədri ABŞ səfirliyində görüşlər keçirmədən öncə etiraz aksiyaları, mitinqlər barədə bir kəlmə də olsun danışmırdı, ancaq indi sanki 2003-cü ilin 15-16 oktyabr hadisələri fonunda çağırışlar edir, insanları itaətsizliyə səsləyir. O biri tərəfdən isə F.Gülən Azərbaycan hökumətini Xəzər dənizində batıracağı ilə bağlı sərsəm bəyanatlar səsləndirərək hədə-qorxu gəlir. İlginc üçbucaqdır – F.Gülən, Ə.Kərimli və ABŞ...
Əli Kərimli nəyə görə qanunları pozmağa, ölkədə səs-küy yaratmağa, yaxud da ictimai itaətsizliyə hesablanmış fikirlər səsləndirir?
İndi həmin "siyasi" cəhətdən "püxtələşmiş" Ə.Kərilmi antikonstusion çağırışlar vasitəsilə insanları hakimiyyətə qarşı çıxmağa səsləyir. Konstitusiya məhkəməsi Azərbaycanda Referendum Aktı layihəsini təsdiq edərək, ölkə başçısının təşəbbüsünü dəstəkləyib. AXCP sədri isə Konstitusiya məhkəməsinin verdiyi qərara qarşı etiraz edir. Halbuki, Konstitusiyanın müddəalarında sərbəst toplaşmaq haqqında kifayət qədər maddələr mövdur. Amma buna baxmayaraq, AXCP sədri insanları meydanlara qeyri-qanuni şəkildə çıxmağa səsləyir. Halbuki, hakimiyyət mitinqlərin keçirilməsi üçün siyasi qurumlara yer də təqdim edir. Nədir bu təlaş? Ə.Kərimli nəyə görə qanunları pozmağa, ölkədə səs-küy yaratmağa, yaxud da ictimai itaətsizliyə hesablanmış fikirlər səsləndirir?
Məsələn, Ə.Kərimlinin şüarlarına baxsaq biz radikalizmin, dağıdıcılığın və "inqilab" sifarişinin aşkar nümunələrini görmüş olarıq - "rədd olsun monarxiya!"... Maraqlıdır, məgər Azərbaycanda monarxiya varmı ki, Kərimli bu qədər irəliyə gedib də ağlına gələn sərsəm düşüncələrini öz qondarma şüarlarına yaz(dır)ır?
Hər halda 2013-cün ildə, sonun prezident seçkilərində həmin bu Kərimli Rusiyanın qaranlıq siyasi dairələrinin sifarişi əsasında kinorejissor Rüstəm İbrahimbvəyovu namizəd kimi seçmişdi. Hansı ki, İbrahimbəyov son anda seçkilərdən imtina edib, Bakıya gəlməkdən imtina etmişdi. Nəticədə "Milli Şura" vasitəsilə tələm-tələsik şəkildə Cəmil Həsənlinin namizədliyi ortaya atılaraq onun prezident seçkilərindəki iştirakı təmin olunmuşdu. Amma o da ciddi məğlubiyyətə uğrayaraq seçki debatlarındakı uğursusz çıxışları sayəsində müxalifətin üz qarasına çevrilmişdi. Həmin ərəfələrdə hakimiyyət müxalifətə mitinq keçirmək üçün böyük meydanlar versə də, həmin meydanlara uzağı 1000 nəfər adam gələrdi, ya da gəlməzdi. Ən azından, həmin mitinqləri müşahidə edən şəxs kimi bunu deyə bilərəm.
Ancaq seçkilərdən sonra Kərimli yenidən ortaya atılaraq, "seçki nəticələrinin saxtalaşdırılması" ətrafında çıxışlar edərək, insanları küçələrə - "müqavimət hərəkatına" səsləyirdi. Onda da yetərli sayda olmayan müxalifət tərəfdarları küçələrə çıxsalar da, bir neçə saatdan sonra sanki göyə sovruldular. Çünki bilirdilər ki, seçki uduzulub. Yenə də sual yaranır: əgər Ə.Kərimli xalqın adından iddia edirdisə ki, hakimiyyət seçkilərin nəticələrini "saxtalaşdırıb" və xalqın səsi "oğurlanıb", bu zaman xalq nəyə görə Ə.Kərimlinin çağırışlarına məhəl qoymayaraq, ona etinasızlıq, həm də etimadsızlıq göstərib? Axı fakt budur ki, AXCP sədri onda da indiki kimi xalqın adından danışırdı?!
Hanı bəs "monarxiya"?!
Adi bir məsələyə nəzər salaq. Bir çox ölkələrdə seçkilərin nəticələri saxtalaşdırılarkən, xalq kütləvi şəkildə meydanlara axışır və müxalif liderlərini dəstəkləyir. Media vasitəsilə müxtəlif ölkələrdə biz bunların şahidi olmuşuq. İstər post sovet məkanında, istərsə də xarici ölkələrdə. Məgər Ə.Kərimli gerçək, real kütləvi etirazın nə olduğunu bilmirmi? Görmürmü ki, 1000, 2000, hətta 5000 nəfərlə baş tutan mitinqləri, aksiyaları kütləvi xalq etirazı adlandırmaq ya özünü aldatmaq, ya da axmaqlıqdır? Hakimiyyət sənə mitinq keçirməyə yer ayırırsa, sən isə mitinqlərə istədiyin qədər adam toplaya bilmirsənsə, yəni sədri dəstəkləyənlərin sayı məhduddursa, hakimiyyətin "monarxiya" olmasını iddia etmək nə qədər dürüst düşüncəyə əsaslana bilər? Hanı bəs "monarxiya?" Bəlkə sən demokratik, dünyəvi hakimiyyətə "monarxiya" damğası vurmaqdansa, öz anarxiyaçı addımların barədə fikirləşən?
Əli Kərimli kimi sərsəmə kim ixtiyar verib ki, o xalqın adından nəticələrə gəlsin və xalqın seçimini öz siyasi maraqlarına görə saxtalaşdırsın?!
Əslində, Ə.Kərimli digər tərəfə nəzər salmalı və Prezident İlham Əliyevin xalq arasındakı rəğbətini, hörmətini, Ona göstərilən sayğını, sevgini görməyə məhkumdur. Düzdür, bu mümkün olan məsələ deyil, çünki AXCP sədri və ətrafı ciddi siyasi korluq xəstəliyindən əziyyət çəkirlər. Bu siyasi korluq isə onların aşkar sifətlərini bir daha açığa çıxarmış olur. Növbəti sual: Ə.Kərimli kimi sərsəmə kim ixtiyar verib ki, o xalqın adından nəticələrə gəlsin və xalqın seçimini öz siyasi maraqlarına görə saxtalaşdırsın?!
Belə bir vəziyyətdə biz qəribə bir mənzərənin şahidi oluruq. Bir tərəfdə Prezident və onu dəstəkləyən milyonlarla insan, digər tərəfdə pərən-pərən düşmüş "milli demokratlar" və onların dinbaz, ateist, eləcə də mənşəyi bilinməyən lyümpenləri...
Beləliklə, eyni zamanda siyasi teatr səhnəsinin uğursuz aktyoru olan Ə.Kərimli əlindəki saxta, heç bir əsası olmayan "faktorlardan" yararlanmağa çalışdıqca daha pis vəziyyətə düşməkdədir. Xilasını isə xarici ölkələrin səfirliklərində axtarır.
Ancaq maraqlı məqamlardan biri də yalnız Ə.Kərimlinin deyil, radikal düşərgədə fəaliyyət göstərən digər fərdlərin də Referendum Aktı layihəsi ətrafındakı var-gəlləridir.
Kim, saat neçədə və hansı ölkə səfirliyində...
Yəni onlar da xarici səfirliklər qarşısında fəallıqlarını nümayilş etdirmək üçün dəridən-qabıqdan çıxırlar. Buna isə kifayət qədər dəlillər var:
Avqustun 15-də "Ümid" partiyasının funksionerləri Ənvər Ağazadə və Elmar Abbaszadə Fransa səfirliyində görüş keçiriblər.
Avqustun 17-də ReAL hərəkatının funksionerləri Rəsul Cəfərov və Erkin Qədirli ABŞ səfirliyində görüş keçirirlər və onları səfirliyin ikinci, üçüncü dərəcəli diplomatları ilə yanaşı, səfirin özü – Robert Sekuta qarşılayır (?!)
Avqustun 18-də Xədicə İsmayıl saat 16:50 radələrində Fransa səfirliyinə gedir və oradan 18:30-da çıxır – iki saata yaxın bir vaxtdan sonra. Maraqlıdır, Xədicə İsmayıl Fransa səfiri üçün nəyə görə bu qədər önəmli bir fərdə çevrilib ki, onunla hətta iş vaxtı bitdikdən sonra yarım saat əlavə görüş keçirir? Özü də Xədicə səfirlikdən çıxar-çıxmaz bilavasitə üz tutur müxalifətyönlü vəkil Adil İsmayılovun ofisinin yanında yerləşən ADISAD hüquq firmasının ofisinə.
Avqustun 19-da isə Ə.kərimli saat 14:40 radələrində üz tutur Böyük Brtitaniya səfirliyinə. Bunun üzərindən üç gün keçdikdən sonra isə ReAL funksionerləri E.Qədirli və Azər Qasımlı adıçəkilən diplomatik nümayəndəliyə gedirlər. Onların hər birini isə bilavasitə səfirin özü – Kerol Krofts qarşılayır (?!).
23 avrust, saat 15:10, ABŞ səıfirliyi. Ə.Kərimli öz siyasi kuklası Cəmil Həsənəli ilə birgə səfirliyin departamentlərində görünürlər. Ertəsi gün isə C.Həsənli yenidən və bu dəfə Kərimlisiz ABŞ səfirliyinin astanasında görünür (?!).
Proses avqus boyu davam edir və ayın 25-də Müsavatın saxta başqanı Arif Hacılı Böyük Brtitaniya səfirliyində görünür. O, dimnümayəndəliyə saat 10:25-də daxil olur, 11:35-də isə oradan xaric olur. Bir saat ötəndən sonra İsa Qəmbərin oğlu, NİDA fəalı Turqut Qəmbər səfirliyə gedir və bir saat orada təlimatlar alır.
Avqustun 29-da A.Hacılı ABŞ səfiri Robert Sekuta ilə görüşür, ayın 30-da isə Əli Kərimli Avropa İttifaqının səfiri Malena Martla əls sıxışır...
Direktivlər ABŞ səfirliyində istehsal olunaraq başda Ə.Kərilmi olmaqla müxalifətə təqdim ediləcək
Nə baş verir? Bu nə var-gəllərdir ki, Qərb səfirlikləri də radikal ümxalifət liderləri qədər əl-ayağa düşüblər? Nəyə görə açıq-aşkar şəkildə Azərbaycanda dövlət çevrilişi cəhdi etməyə çalışan biriləri ilə səfirliklər aşkar qaydada ranndevulaşırlar? Ümumiyyətlə, məqsəd nədir?
Çox yəqin ki, məqsəd bəllidir və bu intensivlik birbaşa təlimatlara, planlanmalara əsaslanır. Yəni ortada xalqın marağına, seçiminə və dövlətin marağına qarşı işartılar görünməyə başlayıb. Əgər belə olmasaydı, Ə.Kərilmi avqustun 31-də keçirdiyi sonuncu görüşündən sonra dərhal "Azadlıq"a çıxıb hakimiyyətə qarşı yeni mübarizə üsulları ilə bağlı bəyanatlar səsləndirməzdi, ölkəni "silkələyəcəyi" barədə iddiaları ortaya qoymazdı.
Maraqlı cəhətlərdən biri də Qərbi təmsil edən səfirlik diplomatlarının mövcud davranışlarıdır. Onlar nəyə çalışırlar? Ümumiyyətlə onlar öz hökumətlərinin mövqelərini nümayiş etdirirlər, yoxsa belə deyil? Onlar ölkədə destabillik yaratmağa çalışan radikal müxalifətlə özbaşına görüşlər keçirirlər, yoxsa hökumətlərinin təlimatlarını yerinə yetirirlər? Bu dipnümayəndəliklər özlərinə hesabat verirlərmi ki, aşkar şəkildə, utanmadan, çəkinmədən, hətta həyasızcasına Azərbaycan dövlətinə qarşı mövqe sərgiləyirlər? Axı biz dəfələrlə bu cür görüşlərdən sonra müxalifətin maliyyələşdiyinin, dövlət maraqlarına qarşı çıxmasının şahidi olmuşuq. Əgər belə deyilsə, buyursunlar əks-faktları ortaya qoysunlar!
Yeri gəlmişkən, əldə edilən informasiyalara görə, radikal müxlaifətlə birbaşa işləyən, siyasi texnoloq təlimatları verən və maliyyələşdirən səfirliklər bunlardır – ABŞ, Böyük Brtitaniya və Fransa. Xüsusilə, direktivlər ABŞ səfirliyində istehsal olunaraq başda Ə.Kərilmi olmaqla müxalifətə təqdim ediləcək. Yəqin ki, Azərbaycanın dostu və müttəfiqi, strateji tərəfdaşı olan Türkiyədə baş verənlərdən nəticə çıxarılmayıb. Son bir xatırlatma edək. Rəcəb Tayyib Ərdoğan ölkəsindəki iyul dövlət çevirlişi cəhdlərindən sonra bilavasitə Qərbi, ələlxüsus isə ABŞ-ı ittiham etdi. Məhz Türkiyədə də xalq Ərdoğanı dəstəkləyib. Onun bir çağırışı ilə Qərbin qaranlıq siyasəti F.Gülən elektoratı ilə birgə rüsvayçı şəkildə uduzdu!
Vaxtilə Riçard Morninqstar da...
Azərbaycanda da belədir. Biz bunu 90-cı illərin sonlarında, 2000-ci, 2003-cü illlərdə də gördük. Xalq dövlətinin yanında oldu və dövlətinə dəstək verdi. Elə isə bu gün səfirlik qapılarını cızlız müxalifətə açıb onları təlimatlandıran dipnümayəndələr bütün bunlarda dərs çıxarmalıdırlar. Əks halda Türkiyədə yaşadıqları məğlubiyyətlərini burada da yaşamalı olacaqlar, əlbəttə ki, Ə.Kərimli kimi cılız müxalifət "ümummilli lideri" ilə birgə...
Rövşən NURƏDDİNOĞLU
P.S. Vaxtilə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bənzər əməllərinə görə persona non qrata elan olunmuşdu və ölkəmizin hüdudlarından kənarlaşdırılmışdı. Görünür bu səfirliklərin də bənzər vəziyyətə doğru sürətlə irəliləmələri halı baş verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB