Araz Əlizadə: "Uşağı döyəndə atasının, iti döyəndə sahibinin yanına qaçır"

Araz Əlizadə: "Uşağı döyəndə atasının, iti döyəndə sahibinin yanına qaçır"

"Onların çalışdıqları odur ki, xaricdəki yiyələri pullarını kəsməsin"- bu fikirləri ASDP sədri, millət vəkili Araz Əlizadə SİA-ya açıqlamasında "Milli Şura"nın referendumla bağlı sentyabrın 11-də aksiya keçirmək niyyətini şərh edərəkən bildirib.

"Milli Şura"nın keçirdiyi bütün aksiyaların xalq dəstəyindən məhrum olduğuna diqqət çəkən A.Əlizadə, bu dəfə də eyni mənzərənin təkrarlanacağına əminliyini vurğulayıb: "Bu vaxta kimi özünü "Milli Şura" adlandıran qurumun elə bir aksiyasını görmüsünüzmü ki, onu kütləvi aksiya kimi xarakterizə etmək mümkün olsun? Xeyr. Onlar ancaq özlərini gündəmdə saxlayırlar ki, xaricdəki yiyələri pullarını kəsməsin. Bu qurumun keçirdiyi aksiyalar buna xidmət edir".

Millət vəkili onu da bildirdi ki, bu günlərdə bir jurnalist sual edib ki, son günlər AXCP sədri Əli Kərimli tez-tez ABŞ səfirliyinə gedir. Mən də cavab verdim ki "uşağı döyəndə atasınnı, iti döyəndə sahibinin yanına qaçır".

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə