Vardan Voskanyan: “İran Cənubi Qafqazda Ermənistanın izoləsi siyasətindən kənarda dayanıb”
Ermənilərin son ümidi İRAN

Ermənistan Dövlət Universitetinin iranşünaslıq kefedrasının müdiri Vardan Voskanyan ölkəsinin birinci kanalına İranın regional siyasəti barədə fikirlərini bildirib. SİA-nın məlumatına görə, Voskanyan İranın regionun digər ölkələri – Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya ilə dinamik münasibətlərinə toxunub və son tendesnsiyalarla bağlı, xüsusilə İran-Azərbaycan-Rusiya əməkdaşlığına dair fikirlərində bildirib ki, bu əməkdaşlığın Qarabağ münaqişəsinə, eləcə də Suriyadakı hadisələrə təsirləri var.

Erməni iranşünas qeyd edib ki, İran bütün bunlara baxmayaraq, əsas diqqətini Yaxın Şərqə tərəf yönəldir, Cənubi Qafqaz isə öz əhəmiyyətinə görə, bu ölkənin ikinci planında dayanır. Vardan Voskanyan ümid edərək deyir ki, İran Cənubi Qafqazda Ermənistanın izoləsi siyasətindən kənarda dayanıb və bu istiqamətdə reallaşdırılan proqramların iştirakçısı deyil: "Normal münasibətlərini saxlamaq üçün İran Cənubi Qafqazda Ermənistana öz müttəfiqi kimi baxmağa çalışır.`Lakin bu o demək deyil ki, İran öz maraqlarını yalnız Ermənistan üzərində tamamlayaraq digər ölkələrlə münasibətlərini qurmayacaq".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə