“İnanmıram ABŞ Dağlıq Qarabağ məsələsində liderliyi Rusiyaya versin"

“İnanmıram ABŞ Dağlıq Qarabağ məsələsində liderliyi Rusiyaya versin"

"İnanmıram ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlarda liderliyi Rusiyaya versin". SİA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

ABŞ dövlət katibi Con Kerrinin Moskvaya son səfəri zamanı Kremlə Suriya məsələsindən əlini çəkib Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində liderliyi üzərinə götürməsi barədə təklif edilməsinə dair sualı cavablandıran XİN rəsmisi bildirib: "İnanmıram ki, ABŞ hansısa məsələdə liderliyi Rusiyaya versin. Belə olsa, bu, əsl irəliləyiş olardı".

Bütün xəbərlər Facebook səhifəmizdə