Əflatun Amaşov: "Media “gülənçilər”lə bağlı araşdırmalar aparmalıdır"
"Azərbaycan demokratik, dini məsələlərdə dözümlü, tolerant ölkədir: "Ölkəmizdə bu dəyərlərin olması, digər ölkələr üçün örnək kimi təqdim edilir". SİA-nın xəbərinə görə, bu fikirləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov "Dini radikalizmə qarşı mübarizədə medianın rolu" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan Konstitusiyasında da dini etiqad azadlığı təsbit olunub və dini radikalimzlə mübarizə ilə bağlı qanunlar qüvvədədir: "Ölkəmizdə hər bir insan azad şəkildə öz sözünün deyə bilir. Təbii ki, bütün bunların cəmiyyət arasında təbliğ olunmasında medianın rolu böyükdür. Azərbaycan mediası mahiyyətcə milli və vətənpərvərdir. Çox az hallarda milli mediada dini ayrı-seçkiliklə bağlı yazılara rast gəlmək olur. Peşə davranış qaydalarında da birmənalı şəkildə qeyd edilib ki, dini ayrı-seçkiliyə yol vermək olmaz. Dini məsələdə insanlar azaddır və onları buna görə bir-birindən ayırmaq olmaz. Amma nədənsə bəzi hallarda bu cür ayrı-seçkiliyə yol verilir ki, buna yol vermək olmaz".
Ə.Amaşov qeyd edib ki, Azərbaycan mediasında "Hizmət hərəkatı" və "gülənçilər"lə bağlı araşdırmalar aparılmalıdır: "Azərbaycanla Türkiyə arasında güclü əlaqələr mövcüddur. Bizi düşündürən məqamlardan biri Türkiyədə dövlət çevrilişi baş tutsaydı ölkəmizdə nələr baş verə bilərdi, sualıdır. Bundan əlavə, nurçu ilə gülənçi arasında fərq nədən ibarətdir? Media qurumları bunları araşdıraraq öz səhifələrində yerləşdirə bilər. Yerdə qalan məsələlər hüquq-mühafizə orqanlarının işidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB