“Ankara və Moskvanın maraqları Suriya məsələsində üst-üstə düşür” ŞƏRH

“Ankara və Moskvanın maraqları Suriya məsələsində üst-üstə düşür” ŞƏRH

"Türkiyə Ordusunun Suriyadakı əməliyyatı yalnız "İslam Dövləti"nə deyil, həm də kürd silahlı qüvvələrinə qarşı aparılır. Onlar "Suriya Demokratik Qüvvələrinin tərkibindədirlər". Bunu SİA-ya açıqlamasında ABŞ-Azərbaycan Fondunun baş eksperti, hərbi tədqiqatçı Aleksey Sinitsin deyib.

O əlavə edib ki, Cerablusda və onun ətrafında kürd yaşayış məntəqələri yoxdur. Bu regionda yalnız türkmənlər və ərəblər yaşayır. Kürdlərə üç kürd məntəqəsini - Afrin, Kobani və Caziranı birləşdirmək, vahid Suriya "Kürdüstanı" üçün oranı işğal etmək lazım idi:

"Bu, Ankaranın, Tehranın, Moskvanın , can verən Suriya müxalifətinin və rəsmi Dəməşqin özünün əleyhinə olduğu qondarma "müstəqil Kürdüstan"ın yaradılması istiqamətində bir addım olardı. Kürdlərin hərəkətləri real olaraq Suriyanın ərazi bütövlüyünü təhdid edir və Rusiya üçün Suriyanın ərazi bütövlüyünün saxlanılması başlıca məqsəddir. Ona görə ə rəsmi Moskva bu məsələdə həmrəylik göstərir. Hazırda Ankara və Moskvanın maraqları Suriyanın şimalında yüksək səviyyədə üst-üstə düşür".

Ekspert deyib ki, Türkiyə tərəfi öz niyyəti barədə əvvəlcədən Moskva və Tehrana xəbərdarlıq etdiyini açıqlayıb: "Amma indi Türkiyə ilə Rusiya arasındakı qurulan əməkdaşlıq daha irəli gedib. Türkiyə Suriya müxalifət qüvvələrinin olduğu İdliblə sərhədi bağlayıb. Rusiya təyyarəsi vurulduqdan sonra burada irimiqyaslı əməliyyatlar keçirmişdi".

Bütün xəbərlər Facebook səhifəmizdə