"Status-kvonun saxlanılması partlayışa səbəb ola bilər" ŞƏRH

"Status-kvonun saxlanılması partlayışa səbəb ola bilər" ŞƏRH

"Aprel hadisələri Azərbaycan Ordusunun gücünü ortaya qoydu. Azərbaycan göstərdi ki, Ermənistanın düşündüyünün əksinə olaraq müharibə qaçılmaz ola bilər". SİA "Moskva-Bakı" portalına istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Fenenko deyib.Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyanın nəhayət ən azı Qarabağın ətrafındakı rayonları geri qaytaracağı realdır. Politoloq hesab edir ki, Kremlin mövqeyi indi Ermənistana deyil, Azərbaycana daha yaxındır: "Rusiyanın mövqeyi üç məqama əsaslanır; biz rəsmi olaraq Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyırıq, münaqişənin hərbi yolla həllinin əleyhinəyik, nəhayət, Ermənistana Rusiya və KTMT tərəfidən verilən qarantiyaların Qarabağ münaqişəsinə münasibətdə heç bir təsiri yoxdur". Politoloq onu da deyib ki, aprel hadisələri status-kvonun saxlanılmasının böyük partlayışa səbəb ola biləcəyini ortaya qoydu.

Bütün xəbərlər Facebook səhifəmizdə