İctimai rəydən Əli Kərimliyə SƏRT İTTİHAMLAR

İctimai rəydən Əli Kərimliyə SƏRT İTTİHAMLAR

AXCP sədri Əli Kərimlinin ABŞ səfirliyinə gedərək, orada amerikalı diplomatlarla görüş keçirməsi və guya "repressiyalara" məruz qalması barədə iddialar irəli sürməsi, eləcə də FETÖ təşkilatının lideri Fətullah Gülənlə heç bir iş birliyinin olmaması barədə fikirlər bildirməsi ölkə ictimaiyyətində bir sıra suallar yaradıb. Mövzu ilə bağlı SİA-ya açıqlama verən tanınmış ictimaiyyət nümayəndələri də bildirirlər ki, xarici səfirliklər müxalifət təmsilçilərinə həm mənəvi, həm də siyasi dəstək verirlər:

Təkamül Partiyasının sədri Teyyub Qənioğlu: "Əli Kərimlinin ABŞ səfirliyinə gedərək səfirlə geniş müzakirələr aparması müəyyən suallar yaradır"

- Fətullah Gülənin Azərbaycanda bəzi şəxslər vasitəsi ilə geniş əlaqələrə malik olaması hər kəsə məlumdur. F.Gülənin doğurdan da Azərbaycanda hər hansı bir çevilişinə cəhd etmək istəyib kimi məsələləri aydınlaşdırmaq üçün Azərbaycan hüquq-mühafizə orqanları ciddi tədqiqat işləri aparmalıdır. O cümlədən də, AXCP sədri Ə. Kərimlinin F.Gülənlə əlaqələrinin dərinliyi nə qədərdir, bu əlaqələrin səsəbi nələrdən ibarətdir və bu əlaqələri yaratmaqda məqsəddə nə olub kimi mələlərə də aydınlıq gətirilməlidir. Aydın məsələdir ki, Azərbaycanda bəzi müxalif siyasi partiyalar xaricdən olan qüvvələr tərəfindən maliyələşirlər. Bu kimi faktlara əsasən araşdırmaq lazımdır ki, F.Gülən tərəfindən də Ə.Kərimlinin partiyası maliyələşdirilibmi. Məlumdur ki, ABŞ F. Güləni Türkiyəyə vermək istəmir. Bu baxımdan da, Ə.Kərimlinin ABŞ səfirliyinə gedərək səfirlə geniş müzakirələr aparması müəyyən suallar yaradır. Ə.Kərimli ehtiyat edir ki, F. Gülənlə əlaqələrinə görə müəyyən təzyiqlərlə üzləşə bilər. Bu nöqteyi nəzərdən Ə.Kərimlini ABŞ səfirliyinə gedərək, səfirlə görüşməsi ondan kömək istəməsi ilə bağlıdır. Yəni əgər bu məsələ ilə bağlı Ə.Kərimliyə təzyiqlər olduğu təqdirdə hər zamanki kimi, ABŞ səfirliyi onaun arxasında dayansın.

İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov: "Əli Kərimlinin gülənçilərlə əlaqələrinin olması məsələsini hüquq mühafizə orqanları ciddi şəkildə araşdırmalıdır"

- Müxalifət liderlərinin ABŞ və Avropa ölkələrinin səfirləri ilə gizli və ya istisına hallarda açıq görüşlər keçirmələri birinci hal deyil. Ə.Kərimli dəfələrlə xarici ölkələrin səfirləri ilə qapalı görüşlər keçirib. Demək olar ki, bu tip insanların maliyyələşdirməsi və bunların fəaliyyətinə dəstək verilməsi xarici səfirliklər vasitəsi ilə həyata keçirilir. Həmin səfirliklər müxalifət təmsilçilərinə həm mənəvi, həm də siyasi dəstək verirlər. Ə. Kərimlinin gülənçilərlə əlaqələri olması məsələsini hüquq mühafizə orqanları ciddi şəkildə araşdırmalıdır. O ki qaldı burada Ə.Kərimlinin təşviş keçirməsi məsələsinə gəlincə isə, təbii ki, əgər Ə.Kərimlinin gülənçilərlə əlaqələrin olması açıqlanaraq öz təsdiqini taparsa onda onların bu cür təşviş keçirməsinə ciddi əsaslar var. Çünki dövlətin bu məsələdə mövqeyi sərtdir. Yəni terrorçu hərəkat olduğunu Türkiyədə dövlət çevrilişinə cəhd etməklə təsdiqləyən "Gülən" hərakatı ilə əlaqələrinin olmasına dair faktlar öz təsdiqini taparsa, o zaman həmin şəxslərin cəzalanacağı şübhəsizdir. Ə.Kərimlinin də bu hərəkatla əlaqələri istintaq araşdırması ilə üzə çıxarsa onun da cəzalanması qaçılmazdır. Bu baxımdan Ə. Kərimlinin ABŞ səfirliyinə gedərək səfirlə görüşməsinin səbəbi özünə arxa-dayaq axtarılması ilə bağlıdır.

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə