Müsavat Partiyası FETÖ-nü MÜDAFİƏ ETDİ

Müsavat Partiyası FETÖ-nü MÜDAFİƏ ETDİ

Müsavat Partiyasının rəsmi saytı iyulun 15-də Fətullah Gülənin təxribatçı-terror təşkilatı FETÖ vasitəsilə Türkiyədə çevriliş cəhdini müdafiə edən yazı ilə çıxış edib. SİA xəbər verir ki, http://bastainfo.com/az/2016/08/23/bizi-sixan-m%C9%99ng%C9%99n%C9%99nin-gul%C9%99n-disi/ linkli yazıda müəllif qardaş ölkədə FETÖ ilə bağlı həbs edilən, yaxud da işdən azad edilən insanlara qarşı "haqsızlıq" olduğunu etirazlı şəkildə bildirib. Belə ki, Fətullah Gülənin Türkiyədə böyük miqyaslı çevriliş cəhdinin ağır nəticələri nəzərə alınmayaraq, sözügedən hadisədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı fikirər yer alır, iddia olunur ki, o, Türkiyə cəmiyyətini iki yerə parçalayıb: "Gülənçi olmaq nədir? Nə boyda cinayətdir ki, bu adla dəstə-dəstə insanlar işdən çıxarılır, həbs edilir? Ərdoğan, özünün dediyi kimi, dərbə cəhdini "Allahın lütfü" kimi dəyərləndirib, bütün cəbhə boyunca hücuma keçib, cəmiyyəti iki yerə bölüb – gülənçilərə və qeyrilərinə. Telekanallar, qəzetlər, radiolar, jurnallar, məktəblər, şirkətlər bağlanır – burada çalışmış insanların hamısı suçlu imiş. Hərbçilərin böyük əksəriyyəti şübhəli kəsim sayılır...".

Müsavat Partiyasının rəsmi saytındakı mövcud yazıda hakimiyyətin silah gücünə ələ keçirilməsi cəhdi psilənilsə də, iddia olunur ki, FETÖ təşkilatında təmsil olunanlar qanun çərəçivəsində cəzalandırılmırlar: "Hakimiyyətin silah gücünə ələ keçirilməsinə cəhd birmənalı olaraq pislənilməlidir. Günahkar olanlar da, təbii, cəzalandırılmalıdır. Amma qanun çərçivəsində...".

Müsavatın saytı Azərbaycanda da FETÖ-çülərə qarşı müvafiq addımların atılmasına qarşı çıxıb və bunu "Ankaranın sifarişi" adlandırıb. O cümlədən Fətullah Güləni dəstəkləyən tərəflərin inanclarına görə təqib olunduğunu iddia edib.

Xatırladaq ki, adıçəkilən sayta Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli rəhbərlik edir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə