"AXCP sədri Əli Kərimlinin Fəlullah Gülənlə sıx əlaqələri olub"

Mais Səfərli: "Gülənçilərlə iş birliyi quranları cinayət məsuliyyətinə cəlb edib, həbs etmək lazımdır"
"AXCP sədri Əli Kərimlinin Fəlullah Gülənlə sıx əlaqələri olub"

"Görünür ki, onların, xüsusilə də, AXCP sədri Ə.Kərimlinin Fətullah Gülənlə sıx əlaqələri olub. Gülənçilər çox təhlükəlidir". Bunu SİA-ya açıqlamasında "Yurddaş" partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə gülənçilər təhlükəli bir hərəkata çevriliblər: "Türkiyədə dövlətin əsaslarına çevrilişə cəhdlə çox ciddi zərbə vurdular. Bir sözlə, bu hərəkat çox təhlükəli, çox qorxulu bir hərəkatdır. Bu təkcə Türkiyə üçün yox, o cümlədən, gülənçilərin mövcud olduğu bütün ölkələr üçün təhlükəlidir. Bu baxımdan, bizim ölkəmizdə də gülənçilərə qarşı mübarizə aparılır və bu mübarizə dövlətmizin təhlükəsizliyinə yönəlibdir. Müxalifət düşərgəsini təmsil edən qüvvələrin gülənçilərlə bütün əlaqələri ciddi şəkildə araşdırılmalıdır. Əgər hər hansı bir müxalifətin gülənçilərlə əlaqələri varsa buna həm hüquqi, həm də siyasi qiymət verilməldir".

Partiya sədri onu da bildirdi ki, Ə.Kərimli və onun dəstəsi terrorçu təşkilatlarla geniş iş birliyi qurmaqla özlərini daha da gözdən salırlar: " Əlbəttə kimliyindən aslı olmayaraq, hər hansı bir azərbaycanlının bu cür hərəkətləri ağılasığmazdır. Çünki, terrorçu şəbəkə ilə iş birliyi qurmaqla özləri ilə yanaşı ölkəmizin adınada ləkə gətirmiş olurlar. Ümumilikdə isə, gülənçilərlə iş birliyi quranları cinayət məsuliyyətinə cəlb edib, həbs etmək lazımdır".

"Müxalifətin hələ də formalaşa bilməməsinin səbəbini gülənçi və ya buna bənzər məkrli qüvvələrlə iş birliyinə getməsi ilə bağlı olduğunu demək olar" sualına cavab olaraq M.Səfərli cavab olar birinci səbəb ki, onları liderlik ambisiyaları olamsını, ikinci səb kimi isə xarici maraqlı qüvvələrlə iş birliyinə girmələrini göstərdi: "Müxalifətin vahid lideri olmaq iddiaları partiay sədrlərini qara günə qoyub. Ümumilikdə isə müxalifət düşərgəsində təmsil olunan şəxlərin bir-birini təhqir edərək, gözdən salmaq cəhdləri onların bir araya gələrək, güc mərkəzinə çevrilmək istəklərini mümkünsüz edir".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə