Türkiyə-İsrail anlaşması təsdiqləndi

Türkiyə-İsrail anlaşması təsdiqləndi

Türkiyə parlamenti İsraillə münasibətlərin normallaşmasına dair razılaşmanı təsdiq edib. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, sənədə görə, İsrail 2010-cu il mayın 31-də Mavi Mərmərə gəmisində baş verən hadisəyə görə Türkiyəyə 20 milyon dollar təzminat ödəyəcək. Qeyd edilən məbləğ 25 gün ərzində bank hesabı vasitəsilə köçürüləcək. Razılaşma, həmçinin İsrail hərbçilərini hüquqi məsuliyyətdən azad olunmasını təmin edəcək.Xatırladaq ki, İsrail və Türkiyə arasında iyunun 28-də əlaqələrin normallaşdırılmasına dair sənəd imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə