"Azərbaycan Türkiyədə yaşanan son təhlükə ilə bağlı həmrəylik göstərdi, eyni zamanda bu təhlükənin ciddi qəbul edildiyini dəqiq bir şəkildə ortaya qoymaqdadır". SİA-nın məlumatına görə, bunu "Anadolu" agentliyinə müsahibəsinə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.
Onun sözlərinə görə, Azərbaycanda FETÖ təhlükəsinə ciddi yanaşırlar: "Bir neçə gün əvvəl istintaq prosesinin başladıldığı elan edildi. Bu terror təşkilatına istiqamətlənən tədbirlər görülməkdədir. Azərbaycan müstəqil bir ölkə olaraq şübhəsiz ki, öz iradəsiylə bu qərarları verməkdədir, amma eyni zamanda Türkiyənin həm həssaslığına, həm gözləntilərinə, həm də təcrübəsinə maksimum dərəcədə diqqət göstərir".
Diplomat Azərbaycanla hər mövzuda yaxından və şəffaf şəkildə əməkdaşlıq etiklərini deyib: "İki ölkə arasında bu baxımdan sağlam bir platforma mövcudur. Azərbaycan bir sıra təbirlər gördü və nəticədə FETÖ-nün burada belinin qırılıb-qırılmaığını söyləmək bir qədər tezdir. Bu terror təşkilatı qarşısında Azərbaycanda da çox qərarlı addımların atılması sayəsində işin çox doğru yolda olduğunu söyləmək mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB