Aykakan Jamanak: “Polis rəisi rahiblərə günahlarını yudurdur” İLGİNC
"Əldə edilən məlumata görə, Ermənistan polisində iki rahib işləyir və onlar həftədə bir-iki dəfə polis rəisi Vladimir qasparyanın kabinetində onun günahlarını yuyurlar". SİA xəbər verir ki, bu barədə "Aykakan Jamanak" qəzeti yazır. Erməni nəşri qeyd edir ki, onların müxbirləri polisə sorğu ünvanlayıb və həmin sorğuda Ermənistan polisinin rəsmi ştatında həqiqətnmi rahiblərin işləməsi barədə sual verilib. Eyni zamanda sual edilib ki, həftədə 1-2 dəfə polis rəisinin otağıda onun günahlarını yuyan paqonlu rahiblər nə qədər məvacib alırlar: "Artıq biz cavab almışıq. Ermənistan polisində rahib vakansiyası yoxdur. 2013-cü ilin fevralından bütün ermənilərin katolikosunun patronajlığı ilə polisə xidmət etmək üçün arxiyepiskop Arakel Karamyan təyin olunub. 2013-cü ilin sentyabrında isə onun köməkçisi Vartanes Baqumyan "ata" razılıq çərçivəsində polisin tədris mərkəzində erməni kilsəsinin tarixi və s. barədə dərs keçir. Digər məsələlər barədə verilən sorğularta isə cavab verilməyəcək. Belə ki, Ermənistan respublikasının qanunlarına görə həmin informasiyaların yayılması qadağandır".
"Aykakan Jamanak" yazır ki, görünür həqiqətən də rahiblər polis rəisinin günahlarını yumaqla məşğuldurlar. Bu mərasimin isə hər hansı bir dövlət sirri olması gülünc təsir bağışlayır.
Qeyd edək ki, xristianlığın katolik məzhəbində rahiblər dini ayinlər icrasında guya Allah tərəfindən insanların günahlarını yumağa da müvəkkil olunublar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB