Türkiyə ilə İsrail arasındakı əlaqələrin normallaşmasına dair sənəd parlamentə təqdim edilib.
SİA-nın "haberturk"ə istinadən məlumatına görə, Xarici İşlər Nazirliyi tərəfindən hazırlanan sənəd baş nazir Binəli Yıldırımın imzası ilə parlamentə göndərilib.
Razılaşma sənədinə görə, İsrail Mavi Mərmərə gəmisində öldürülən türklərin ailələrinə 25 gün ərzində 20 milyon dollar məbləğində təzminat ödəyəcək.
İsrail hərbçilər isə hüquq və cəza məsuliyyətindən azad ediləcək.
Qeyd edək ki, Türkiyə İsrail münasibətləri 2010-cu ildə İsrail hərbçiləri tərəfindən Qəzzaya yardım aparan Mavi Mərmərə gəmisinə hücum edilməsi və 10 Türkiyə vətəndaşının öldürülməsindən sonra kəsilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB