Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu il Azərbaycana səfər edəcək.
SİA "Novosti-Kazaxstan"a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Erlan İdrisov deyib.
Onun sözlərinə görə, prezident Nazarbayev, həmçinin Ermənistana da səfər etməyi planlaşdırır:
"Dövlət başçısının proqramı çox sıxdır. O, sentyabr ayında Çində "böyük iyirmiliy"in sammitində iştirak edəcək, onun Yaponiya, Cənubi Koreya, Azərbaycan, Ermənistan, Səudiyyə Ərəbistanı və İordaniyaya səfərləri nəzərdə tutulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB