İndoneziyanın dövlət müstəqilliyinin 71-ci ildönümü ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyində tədbir keçirilib. SİA-nın xəbərinə görə, əvvəlcə İndoneziyanın dövlət himni səsləndirilib və dövlət bayrağı qaldırılıb.
Tədbirdə çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani ölkəsinin müstəqillik tarixindən, ötən müddət ərzində keçdiyi yoldan, əldə etdiyi uğurlardan danışıb.
Bu bayramın Azərbaycanda qeyd edilməsindən məmnunluğunu bildirən diplomat, iki ölkə arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyib.
Mərasimdə, həmçinin İndoneziyanın mətbəx nümunələri, milli rəqsləri təqdim olunub.
Təbirdə xarici ölkələrin Azərbaycandakı diplomatik korpusunun rəhbərləri, ölkəmizdə yaşayan indoneziyalılar və digər qonaqlar iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB