Qondarma "DQR"də separatçı "respublikanın" rəhbərliyi tərəfindən insanlara qarşı amansız rəftarlar davam edir. SİA xəbər verir ki, bu barədə Ermənistanın birinci kanalı məlumat yayıb. Məlumata görə, bir müddət öncə müxalifətyönlü "Artsaxın intibahı" müxalifətyönlü partiyasının sədri, eləcə də "parlamentin" deputatı Hayk Xanumyan oğurlanaraq, dəhşətli şəkildə döyülmüşdü və o, bununla bağlı qondarma "respublikanın" məhkəməsinə müraciət etmişdi. Nəticədə bunu törədən insanlar həbs olunmuş və onlara müvafiq maddələrlə cinayət işi açılmışdı. Lakin bugünlərdə bəlli olub ki, Xanumyanın işində ittiham olunan şəxslərə insan oğurluğu və döyülmə cinayət işi üzrə maddələr dəyişdirilərək yumşaldılıb. İndi həmin adamlar xuliqanlıqda ittiham olunurlar.
Hadisə isə bu liln 6 iyun tarixində baş verib. Bir neçə nəfər hərbi geyimli şəxslər Xanumyanın "parlament" binasından çıxdığı zaman ona yaxınlaşıb, zorla maşına otuzdurub, naməlum istiqamətə doğru hərəkət edərək, adıçəkikən şəxsi vəhşicəsinə döyüblər. İnsidentdən sonra sözügedən zorakılığa qarşı ən yüksək səviyyədə qınaqlar səslənib, hətta separatçı "DQR"in "ombudsmanı" Ruben Məlikyan bu hadisəni yolverilməz adlandırıb. Erməni mətbuatına açıqlama verən "ombudsman" bildirib ki, zərərçəkmiş tərəfi anlayır və ciayət işinin dəyişdirilməsi ilə bağlı məlumatlıdır: "Cinayət işinin yüngülləşdirilməsinə gəlincə, deyə bilərəm ki, bu hələlik istintaq tərəfindən qəbul olunmuş qərardır. Prosedur davam edir və dəqiq nəticələrdən sonra bu məsələyə hüquqi qiymət verə bilərik".
Qeyd edək ki, insident baş verdikdən sonra separatçı rejimin "prezidenti" Bako Saakyan demişdi ki, ""DQR"in "deputatına" və siyasi xadimə qarşı zorun tədbiq edilməsi həyacan siqalıdır".
Saakyan bildirib ki, proses şəxsən onun nəzarəti altında davam edir və hüquq-mühafizə orqanları tərəfindən lazım olan bütün ölçülər götürüləcək".
Göründüyü kimi, "müvafiq ölçülər götürülür" və cinayət işi dəyişdirilərək yüngülləşdirici maddərlə əvəzlənir.
Birinci kanal Hayk Xanumyandan da sözügedən məsələ ilə bağlı münasibət öyrənib. O qeyd edib ki, oğurlanması və döyülməsi faktı ilə bağlı aparılan cinayət işi öz gücünü itirir və Bako Saakyanın dediklərinin heç bir əhəmiyyəti yoxdur: "Bu, ədalət mühakiməsinə qarşı ələsalma addımıdır. Dəqiq bilirəm ki, cinayət işinin dəyişdirilməsi məhz yuxarıdan verilən tapşırıqdır. Bəllidir ki, məni döymüş şəxslərin azadlığa buraxılması prosesinə başlanılıb. Bu, bir daha sübut edir ki, insidenti yaradanlar da məhz "Atsaxın" başında dayanan insanlardır.
Sonda bildirilir ki, Hayk Xanumyanın vəkili Hayk Alumyan istintaqın çıxardığı qərara qarşı şikayət edib.
Xatırladaq ki, Hayk Xanumyan Dağlıq Qarabağ danışıqları üzrə "xalq diplomatiyasının" tərəfdarı kimi çıxış edir və aprel müharibəsindən sonra Bako Saakyanın istefasını tələb edən şəxslərdən biri kimi tanınır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB