İrəvanda iyul hadisələri zamanı polis alayına məxsus binanı zəbt edərək bir neçə gün müqavimət göstərən "Sasna-Srer" qruplaşması üzvlərinə qarşı daha bir ittiham irəli sürülüb. SİA erməni KİV-nə istinadən xəbər verir ki, onlar barədə aparılan istintaq zamanı müəyyən edilib ki, silahlı qruplaşma üzvləri polis alayının həyətində "Akba-Kredit Aqrikol-bak"a məxsus bankomatı sındıraraq orada yerləşən 14 milyon dram (Ermənistanın pul vahidi-red) pulu mənimsəyiblər.
Eyni zamanda müəyyən olunb ki, silahlı qruplaşma polis alayının həyətində qalmış 21 minik avtomobili yandırararaq sıradan çıxarıblar.
Qeyd edək ki, hadisələr nəticəsində qrup üzvlərinin bir neçəsi açılan snayper atəşi nəticəsində ayaqlarından vurularaq zərərsizləşdirilib, digərləri isə öz xoşları ilə hüquq-mühafizə orqanlarına təslim olublar. Polis güclərindən isə A.Vanonyan, Y.Tepanosyan və Q.Mkrtıçyan aldıqları güllə yaralarından ölüblər. Daha bir neçə polis işçisi isə yaralanıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB