Bir neçə gündür davam edən isti havalar bu gündən soyuyub. SİA-nın məlumatına görə, gecə saatlarından başlayaraq Bakıda güclü külək əsməyə başlayıb. Hazırda külək davam edir və havanın temperaturu bir neçə dərəcə aşağı düşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti də bu gündən Bakıda və Abşeron yarımadasında havanın dəyişəcəyini bildirmişdi. Proqnoza görə şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 23-27° isti, gündüz 29-34° isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB