Qafqaz strateji araşdırmalar mərkəzinin rəhbəri, tanınmış türkiyəli politoloq Həsən Oktay əmindir ki, Rusiya-Terkiyə prezidentlərinin görüşü davamlı xarakter alacaq. SİA-nın məlumatına görə, o bu fikirlərini "tert.am" saytına müsahibəsində deyib. Həsən Oktay deyib ki, Türkiyə ilə mütəmadi görüşlər fonunda Rusiya və Ermənistan prezidentlərinin də növbəti görüşləri baş tutacaq ki, bu da Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına gətirib-çıxara bilər.
"Rusiya ilə Türkiyə münasibətləri 24 noyabr 2015-ci ildən sonra demək olar ki, müharibə vəziyyətinə qədər inkişaf etdi. Buna səbəb Türkiyənin rus təyyarəsini və helikopterin vurması oldu"-deyə xatırladan Həsən Oktay 9 avqusta qədər Türkiyə-Rusiya münasibətlərindəki hadisələri xatırladıb və deyib ki, digər tərəfdən Türkiyə Ukrayna məsələsində Rusiyanın mövqeyini müdafiə etməyib və susqun davranmağı məqbul heab edib.
Oktayın sölərinə görə, Qərb Rusiya ilə siyasi münaqişəsində Türkiyəyə möhtacdır
"Başqa tərəfdən, Türkiyə Avropa İttifaqı və ABŞ tərəfindən davamlı olaraq təzyiqlərə məruz qalıb. Nəticədə Ərdoğan beynəlxalq təsirlərdən, eləcə də onun barəsində yazılan neqativ məqalələrdən çətinlik çəkirdi"-deyə araşdırmaçı bildirib və qeyd edib ki, Qərb daim Ərdoğan-Putin mübarizəsinə çalışıb ki, hər ikisindən qurtulmağı bacarsın.
"Lakin iyulun 15-dən sonra onlar barışdılar. İki ölkənin liderləri Sankt-Peterburqda görüşdülər. Hər iki tərəf belə qənaətə gəldilər ki, dövlət çevrilişinə cəhd Birləşmiş Ştatlar tərəfindən təşkil olunub"-Oktay vurğulayıb.
O, qeyd edib ki, Türkiyədə ötən ay baş vermiş dövlət çevrilişinə cəhd və Rusiya-Türkiyə yaxınlaşması regionda dyişikliklərə gtirib-çıxaracaq: "Özəlliklə, Rusiya öz qonşuları ilə münasibətlərinə yenidən baxmağa başladı ki, Aİ və ABŞ növbəti dəfə ona qarşı çıxış etməyə imkan tapmasın. Bu baxımdan, Türkiyə, Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşləri dünya siyasətinə yeni ab-hava gətirəcək".
Onun sözlərinə görə, Türkiyə və Rusiya arasında münasibətlər normallaşdıqdan sonnra qısa müddətdə Suriya məsələsində razılıq əldə olunacaq: "Nəticə kimi, Suriyada münaqişə yaşayan partiyalar arasında sülh razılaşması əldə eidlə bilər"-deyə Qafqaz strateji araşdırmalar mərkəzinin rəhbəri ümid edir.
Həsən Oktay Türkiyə, Rusiya və İran arasındakı inkişafı formalaşdırılmış alyans adlandırıb və deyib ki, bu alyansda Yaxln Şərqdə sabitliyin əldə olunması istiqamətində Aİ və ABŞ-a qarşı ümumi mübarizə siyasəti olacaq: "Türkiyə Suriya siyasətini dəyişməsilə dünyaya və regiona sülh gətirəcək. Məhz bu planda Türkiyə, İran və Rusiya arasında görüşlər mütəmadi xarakter alacaq. Atılacaq addımlar paralel olaraq Cənubi Qafqazda sülhün bərqərar olması prosesinə müsbət təsirlərini göstərəcək".
Siyasi araşdırmaçı iyul ayında Türkiyədə və Ermənistanda baş verənlər arasında bağlılığın olmasını istisna etməyib. Onun sözlərinə görə, Roma papasının Ermənistana səfərindən sonra Rusiyaya qarşı köklənmə halları artmağa başladı və Qərb Ukrayna böhranı kontekstində Ermənistanı Rusiyaya qarşı kökləməyə çalışdı.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Rusiyanın Qarabağ məsələsinin Türkiyə ilə müzakirə etməsi istəyi sualını da cavablandıran Oktay qeyd edib: "Qarabağ məsələsinin müharibəyə çevrilməsi Rusiyanın daxili və xarici təhlükəsizliyinə zərər vura bilər. Papanın səfərindən sonra Ermənistanda Rusiyaya qarşı neqativ fikirlərin arması, İrəvanda silahlı böhranın yaşanması sübut etdi ki, regionda ciddi problemlər mövcuddur".
"İran, Türkiyə, Rusiya və Azərbaycan prezidentlərinin görüşlərindən sonra Qarabağ münaqişəsi daha tez-tez müzakirə olunacaq"-deyə qeyd edən siyasi proqnozçu daha sonra bildirib: "Putinin Sarkisyana dediyi kimi, münaqişə həm Azərbaycanın, həm də Ermənistanın xeyrinə həll olunacaq. Əgər buna nail olunmasa Rusiya Qarabağda sülhməramlı qüvvələrini yerləşdirməyə çalışacaq".
Həsən Oktay sonda bir daha xatırladıb ki,Qarabağda sülhün bərqərar olması üçün Türkiyə, Rusiya və Azərbaycan arasındakı danışıqlar prosesi sürətlənəcək və daha mütəmadi xarakterə çevriləcək.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB