Qanun hər kəs üçün eynidir RƏYLƏR

Qanun hər kəs üçün eynidir RƏYLƏR

Məlum olduğu kimi, Nardaranda Taleh Bağırzadə adlı şəxsin rəhbərliyi ilə din pərdəsi altında qarışıqlıq yaratmağa və gərginlik törətməyə cəhdlər göstərildi. Onların hazırda məhkəməsi keçirilir və maraqlıdır ki, bu şəxslər məhkəmə prosesini siyasiləşdirməyə çalışırlar. Söhbət etdiyimiz müsahiblərimiz din pərdəsi altında siyasi maraqlardan cıxış etməyin yol verilməz olduğunu bidlirdilər.

"Yurddaş" partiyasının sədri Mais Səfərli: "Dini siyasətə qoşmaq cəhdləri var "

- Təəssüflər olsun ki, təkcə bizim ölkəmizdə deyil o cümlədən bir çox ölkələrdə dini siyasətə qoşmaq cəhdləri var. Yəni dindən siyasi məqsədlər üçün istifadə edilir. Bu da yalnış bir praktikadır və bu nə cəmiyyət tərəfindən, nə də qanunlar tərəfindən dəstəklənməyən bir haldır. Bu baxımdan, bu şəxslər məhkəmə prosesini siyasiləşdirməyə çalışımasına ehtiyac yoxdur. Azərbaycan demokratik hüquqi bir dövlətdir, qanunun aliliyi təmin olunub. Azərbaycanın Konstitusiyasında da qeyd olunub ki, qanun hamı üçün eynidir. Yəni Azərbaycanda kiminsə siyasi baxışlarına görə həbs olunmasını demək yalnış bir şeydir. Yəni əgər kiminsə hərəkətində cinayət tərkibi yoxdursa və kimsə qanun pozuntusuna yol verməyibsə onda heç kəs məhkəmə tərəfindən azadlıqdan məhrum oluna bilməz.. Ona görə də, onu deyən şəxslər yalnız Azərbaycana qanunlarına şər böhtan atmaq istəyənlərdir. T.Bağırzadənin məhkəməsi də Azərbaycan qanunlarına uyğun şəkildə həyata keçiriləcəkdir. Qanun nə tələb edirsə o qanun uyğunda məhkəmə tərəfindən qərar çıxırılacaqdır.

Korrupsiyaya qarşı Mübarizə Fondunun İcraçı direktoru Vasif Mövsümov: "Dindən hansısa bir şəxsin öz siyasi məqsədləri üçün istifadə etməsinə qəti şəkildə yol vermək olmaz "

- Ümumiyyətlə, dini dövlətlə bağlamaq düzgün deyil. Yəni dindən hansısa bir şəxsin öz siyasi məqsədləri üçün istifadə etməsinə qəti şəkildə yol vermək olmaz. Çünki Azərbaycan hüquqi bir dövlətdir. Hər kəsdə bu qanunlara əməl etməlidir. Bir sözlə, din pərdəsi alında hanısa siyasi məqsədləri həyata keçirmək qanunla cinayət sayılır və buna görə də həmin şəxslər öz cəzalarını çəkməlidirlər. Ümumiyyətlə, Nardaranda T. Bağırzadə adlı şəxsin rəhbərliyi ilə din pərdəsi altında qarışıqlıq yaratmağa cəhdlər göstərilib. Artıq bu şəxs cəzasını çəkməkdədir. Məhkəmə prosesini siyasiləşdirməyə çalışması isə cəzadan qaçmağa uğursuz cəhddir.

İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov: "Bunlar absurd ideyalar və fikirlərdir "

- Əgər hər hansı bir şəxsin nə isə bir günahı varsa həmin şəxs mütləq qanun qarşısında cavab verməli və layiq olduğu cəzasını çəkməlidir. Bu baxımdan, T. Bağırzadənin məhkəmə prosesini siyasiləşdirməyə çalışmaları düzgün bir hal deyil. Həmin şəxslərin məhkəmə prosesini siyasiləşdirməyə çalışmaları məhkəmənin verəcəyi cəzadan yaxa qurtarmağa cəhddir. Amma təbii ki, bunlar absurd ideyalar və fikirlərdir. Ümumiyyətlə, dövlətçiliyə xələl gətirəcək bütün fəaliyyətlərə görə onu törədən şəxslər cəzalarını çəkməlidir. Həmin şəxslərin dini fəaliyyətlərini siyasi müstəviyə çıxararaq siyasi proseslərə çevrimələri yolverilməzdir. Bir sözlə, heç bir şəxs dindən öz siyasi məqsədləri üçün istifadə etməməlidir. Əks təqdirdə ciddi cəzalanacaqları şübhəsizdir. Çünki, ölkəmizdə bütün məsələlər qanunla tənzimlənir.

Bütün xəbərlər Facebook səhifəmizdə