ATƏT Parlament Assambleyasının payız sessiyasının tarixi açıqlanıb.
SİA ATƏT-in saytına istinadən xəbər verir ki, sessiya sentyabrın 29-dan oktyabrın 2-dək Skopyedə keçiriləcək.
Sessiya çərçivəsində Aralıq dənizi Forumu, Parlament konfransı və Daimi Komitənin iclası keçiriləcək.
Parlament konfransının mövzusu "ATƏT regionunda etimad qurulması tədbirlərinin gücləndirilməsi və yaxşı idarəçilik" mövzusuna həsr olunub.
Məlumatda deyilir ki, iclas deputatlara ATƏT məkanında vacib məsələlərin müzakirəsinə, debatların keçirilməsinə imkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB