Millət vəkili: “Bütün iqtisadi layihələrin mərkəzi ölkəmiz olacaq” AÇIQLAMA
"Qloballaşan dünyada tək yaşmaq və inkişaf etmək qeyri-mümkündür. Ona görə də dünya ölkələrinə inteqrasiya olunmaq və siyasi- iqtisadi arenalarda əməkdaşlıq etmək vacibdir. Azərbaycanın yerləşdiyi coğrafiya da ilk növbədə qonşu ölkələrlə hər bir sahədə əməkdaşlıq etməyə imkan verir. Həm ikitərəfli , həm də üçtərəfli əməkdaşlıq ilk növbədə ölkəmizin daha da inkişafına və möhkəmlənməsinə xidmət edəcək". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə baş tutan Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Bakı görüşünün regionda sabitliyin möhkəmlənməsi və regional iqtisadi layihələrin icrası baxımından böyük əhəmiyyətə malikdir: "Birinci növbədə qeyd etmək istəyirəm ki, bizi narahat edən Dağlıq Qarabağ münaqişəsinin uzun müddət həll olunmaması regionun siyasi məkanında problem yaradır və görüş iştirakçı dövlətlər də öz narahatlıqlarını bildirərək münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü qeyd ediblər. Həm də münaqişənin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasına aktiv səy göstərəcəklərini də bəyan ediblər.
İkincisi, Xəzər dənizi dostluq dənizi adlandırmaqla dənizdən qarşılıqlı maraqlar çərçivəsində birgə istifadə olunmasının vacibliyini bildiriblər. Ən əsası isə 7.2 min km uzanacaq Hindistan, İran və İran körfəzindən gələn yüklərin şimali və qərbi Avropaya çatdıra biləcək və böyük iqtisadi səmərə verə bilən Azərbaycan üzərindən keçən şimal-cənub nəqliyyat dəhlizinin tikintisində maraqlı olduqlarını bildiriblər. Burada əsas aktor Azərbaycandır və bütün iqtisadi layihələrin mərkəzi ölkəmiz olacaq.
Üçtərəfli əməkdalıq regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcək, iqtisadi əməkdaşlıq enerji, nəqliyyat sektorlarında xalqlarımızın rifahının yaxşılaşmasına xidmət edəcək. Dünyada iqtisadi və siyasi böhranların dərinləşdiyi bir dövrdə üçtərəfli əməkdaşlıq ölkələrimizin yerləşdiyi regionda siyasi-iqtisadi sabitliyinin möhkəmlənməsində böyük rolu olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB