İrəvanın post-patrul polis alayının binasını ələ keçirmiş və bir neçə şəxsi girov götürmiş "Sasna-Srer" silahlı qrupunun işinə daha iki cinayət işi əlavə olunub. SİA xəbər verir ki, bu barədə Ermənistanda fəaliyyət göstərən "Azatutyun" radiosuna qrup üzvləri Varujan Avetisyanla Pavel Manukyanı vəkilləri məlumat verib.
Varujan Avetisyanın vəkili Muşeq Şauşanyanın sözlərinə görə, cinayət işi sırasında "Parlamet təsisatı"na üzv olan və 2015-ci ildə həbs olunan şəxslərin adları ilə yanaşı, bir neçə ay ğöncə adıçəkilən təşkilatın həbsə atılmış lideri Jirayr Sefilyanın da adı əlavə olunub.
"Azatutyun" xatırladır ki, 2015-ci ildə ermənilərin qondarma soyqırımı iddialarının 100 illiyi ərəfəsində "Parlament təsisatı"nın bir neçə üzvü həbs olunub və onlara qarşı "kütləvi iğtişaşlara hazırlıq" maddəsi üzrə cinayət işi açılıb. O cümlədən, təşkilatın sədri Qaregin Çuqaszyana və koorinator Jirayr Sefilyanın da adları da cinayət işinə tikilib.
Belə ki, bu şəxslər bir müddət əvvəl həbs olunsalar da ölkədən kənara çıxmamaq şərti ilə azadlığa buraxılmışdılar.
Lakin bir neçə ay ööncə daha bir cinayət işi açılıb və bu dəfə Sefilyana qarşı "bir qrup silahlı şəxsin qanunsuz təşkilatlanması" ittihamı irəli sürülərək həbs olunub.
Bununla yanaşı, Varujan Avetisyana qarşı iki ittiham – girov götürmə və binanı ələ keçirmə irəli sürülsə də, sonradan 2015-ci ildə kütləvi iğtişaşlara cəhd ittihamı da onun cinayət işinin zərinə yazılıb.
Eyni hal Pavel Manukyanın cinayət işində də təkrarlanıb.
Qeyd edək ki, "Sasna-Srer" hadisəsi zamanı iki polis öldürülmüş, qrup üzvlərindən və digər polis işçilərindən də yaralananlar olmuşdu.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB