Hakerlər ABŞ-ın Demokratlar partiyasınn serverinə hücum edərək, 100 poçt akkauntunu sındırıb. SİA xəbər verir ki, bu barədə New York Times hadisə ilə bağlı məlumatlı şəxslərin tanıdıqlarına istinadən yazır. Nəşrin suallarını cavablandıranla vurğulayırlar ki, saytın dağıdılması daha öncə ehtimal olunanlardan daha ciddidir. Belə ki, daha öncə bildirilirdi ki, hakerlər demokratların Konqresə və Milli demokratik komitəsinə (partiyanın əsas orqanı), o cümlədən, Hillari Klintonun seçki ştabının analitik proqramına yol tapıblar.
İndi istintaqla bağlı məlumatlı demopkratlar bildirirlər ki, haker hücumu nəticəsində Demokratlar partiyasının Qubernatorlar assosiasiyası (Democratic Governors" Association) da zərər görüb. Qəzet Federal Təhqiqatlar Bürosunun rəsmi bəyanatına görə istintaq əhatəsinin genişləndiyini də qeyd edir.
Qeyd edək ki, Demokrat partiyası liderləni arasındakı yazışmalar sonradan
WikiLeaks saytında ictimailəşdirilib, Nəticədə partiyanın milli komitəsinin rəhbəri Debbi Vasserman Şults istefaya gedib. Sənədlərdən görünür ki, partiya aparatı praymeriz vaxtı digər prezidentliyə namizədlik iddiasında olan demokrat Berni Sandersə deyil, məhz Hillari Klintona dəstək göstəriblər. Bununla da Sanders maliyyə və nüfuz baxımlndan ciddi zərər görüb.
Daha sonra isə bir çox demokratlar, eləcə də ABŞ prezidenti Barak Obama bu kimi haker hücumlarının arxasında Rusiyanın dayandığını iddia edib. Onların sözlərinə görə, Rusiya Donald Trampın namizədliyinə dəstək göstərir və bu baxımdan, hakerlərini demokratlara qarşı işlədib. Lakin rəsmi Kreml sözügedən ittihamları rədd edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın ünvanına irəli sürülən ittihamları boşboğazlıq və absurd iddia hesab etdiyini bəyan edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB