Hansı ölkə terrorçulardan daha çox qorxur? SORĞU

Hansı ölkə terrorçulardan daha çox qorxur? SORĞU

Əsasən Rusiya, Türkiyə və Macarıstan əhalisi digər ölkə xalqlarından fərqli olaraq real terror təhlükəsindən ehtiyat edir. SİA xəbər verir ki, bu barədə Ipsos sorğu şirkətinin apardığı araşdırma nəticəsində bəlli olub. Ruslar, türklər və macarlar qaçqınların onların ölkəsinə sığınarklən bu ad altında terrorçuların da sızma ehtimalı olduğu qənaətindədirlər. Belə ki, Türkiyədə qaçqın adı altında terrorçuların bu ölkəyə sızma ehtimalı 83 % civarında ölçülür. Rusiyada 77, Macarıstanda isə 72% əhali terrorçu təhlükəsindən qorxur.

Maraqlıdır ki, İspaniyada əhalinin 16 %-i sözügedən təhlükədən ehtiyat edir.

Polşanın 40%, İsveçin, Almaniyanın, Fransa və İtaliyaınn 44,48% əhalisi qaçqınların terrorçuya çevrilmək ehtimalında olduqlarını istisna etmirlər.

Bununla yanaşı sərhədlərin bağlanması istiqamətində də əhalinin rəyi öyrənilib. Bəlli olub ki, Macarıstan əhalisinin 55%-i Türkiyənin isə 64%-i sərhədlərin bağlanılması tərəfdarıdır.

Bu arada Welt nəşri yazır ki, 2015-ci illə müqayisədə sərhədlərin bağlanması tərəfdarı olan ölkələrin sayı artıb. Böyük Brtitaniyanın 60%, İspaniyanın isə 61% əhlisi qaçqın axınının qarşısının alınması üçün ciddi baryerlərin qoyulmasını müsbət qarşılayırlar.

Qaçqınların Avropa həyatına adaptasiyası və inteqrasiyası ilə bağlı sorğuda isə "Qoca qitə"nin bəzi ölkələri buna inanmadıqlarını bildiriblər. Fransızlar və türklər isə ümumilikdə 60% -22% fransızlar, 28 % türklər inamsızlıq ifadə ediblər.

Maraqlıdır ki, buna inananlar da var. Məsələn, Almaniyanın 38, Macarıstanın 44, İspaniyanın isə 43 faiz əhalisi qaçqınların normal Avropa həyatına öyrənəcəklərinə ümid edirlər.

Ümumilikdə sorğuda 16040 nəfər insan iştirak edib ki, onlar 16-64 yaş arasında olublar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə