ABŞ-ın Hərbi Hava Qüvvələrindən (HHQ) bildirilib ki, bu il hərbi pilotların toplanışında 700 təyyarəçi çatışmazlığı olacaq və 20122-ci ilə qədər bu rəqəm 1000 nəfərə çatacaq. SİA xəbər verir ki, bu barədə CNN telekompaniyası HHQ naziri Debor Li Ceymsin və HHQ qərargahının rəisi Devid Goldfeynin Pentaqonda jurnslistlərin suallarını cavablandırarkən dedikləri fikirlərinə istinadən məlumat yayıb.
Hərbçi rəsmilər pilot çatışmazlığınının səbəblərini mülki aviaşirkətlərlə rəqabətdən doğduğunu da istisna etməyiblər. "Proqnozlaşdırmışıq ki, aviaxəttlər bundan sonra daha çox pilotları işə cəlb edəcəklər. Onlar artıq əməkdaşların toplanışını aktivləşdiriblər"-deyə Debor Li Ceyms bildirib.
Goldfeyn isə öz növbəsində məlumat verib ki, onların hərbi pilotların maddi təminatlarını artırmaq planları var. Belə ki, hazırda hərbi pilotlara ildə 25 min dollar məvacib ödənilir və bu maaş yalnız bir şərtlə - 9 illlik müqavilə imzalandığı halda verilir. "Biz ilk növbədə rəqabətədavamlı olmağımız üçün çalışmalıyıq"-deyə ABŞ HHQ-nin rəisi vurğulayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB