Sabiq prokuror vəzifə tələb edir SƏFİR

Sabiq prokuror vəzifə tələb edir SƏFİR

"Daxil olan məlumata görə, ötən həftə istefaya getmiş Ermənistanın baş prokuroru Gevorq Kostanyan hər hansı bir xarici ölkdə səfir vəzifəsini tutmaq arzusundadır". SİA xəbər verir ki, bu barədə "Aykakan Jamanak" qəzeti yazır. Bildirilir ki, sağlığında problemin olmasına baxmayaraq, sabiq baş prokuror vəzifə tələbində bulunub.

"Bir sıra amillərə görə, hüquq orqanlarında yüksək vəzifə tutmuş şəxsin diplomatik işlə təmin olunması üst-üstə düşmür"-deyə yazan qəzet daha sonra qeyd edir ki, Gevorq Kostanyan vəzifədə olarkən prezident Serj Sarkisyandan mövcud vəzifədən kənarlaşdırılaraq daha sıx qrafiki olan işlə təmin olunmasını istəyib: "Hətta bir dəfə istənilən xarici ölkələrin birində səfir işləyə biləcəyini də bildirib".

Xatırladaq ki, sabiq baş prokuror İrəvanda baş vermiş kütləvi iğtişaşlardan sonra vəzifəsindən gedib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə