“Hraparak”: “700 qonaq üçün 300 masa açdırır” MANVEL QRİQORYAN

“Hraparak”: “700 qonaq üçün 300 masa açdırır” MANVEL QRİQORYAN

Erməni generalı Manvel Qriqoryanın 60 illiyi münasibəti ilə keçirdiyi banketlə bağlı illginc faktlar ortaya çıxıb. SİA xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır. Erməni qəzetinin yazdığına görə, banket iştirakçılarından olan qonaqlardan biri təəssüfedici şəkildə deyib ki, general ənənəvi olaraq öz ad gününə 700 adam çağırır, lakin masa 300 nəfərlik açılır: "...Və banketin gedişatı zamanı çağırılan qonaqların bir hissəsi yeyib-içir, digərləri isə çöldə siqaret çəkirlər. Əgər qonaqlardan biri açıq havaya çıxıb bir neçə dəqiqə sonra yerinə geri dönəcəksə, görəcək ki, onun yeri başqa qonaq tərəfindən tutulub".

Qəzet yazır ki, ötən ay 60 illiyini qeyd edən erməni generalı Manvel Qriqoryan İrəvanın "Renessans" restoranında ziyafət verib və qonaqlar bu ziyafəti narazı şəkildə tərk etmək məcburiyyətində qalıblar.

Xatırladaq ki, Qriqoryan birinci Qarabağ müharibəsi zamanı soydaşlarımızın qətlində iştirak etmiş qaniçən erməni zabitlərindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə