“Azərbaycan Moskva və Ankara arasında əlaqə mərkəzinə çevrilir”

“Azərbaycan Moskva və Ankara arasında əlaqə mərkəzinə çevrilir”

Azərbaycan regionda ciddi siyasi oyunçuya, Moskva və Ankara arasında əlaqə mərkəzinə çevrilir. SİA-nın məlumatına görə, bunu Rusiya Siyasi Araşdırmalar İnstitunun MDB ölkələri üzrə departamentinin rəhbəri Aleksey Bıçkov deyib.

Prezident Rəcəb Tayyib Ərdoğanın həmkarı Vladimir Putinlə görüş zamanı "Azərbaycan, Türkiyə və Rusiya üçtərəfli əməkdaşlıq mexanizmi yaradılacaq" fikrini şərh edən politoloq bildirib ki, Bakının əlaqələndirmə mərkəzinə, Ankara-Moskva arasında bir körpüyə çevriləcəyini çoxları söyləyir: "Bu yalnız Moskva-Bakı-Ankara üçbucağı deyil, biz görürük ki, Azərbaycan artıq iki ölkə arasında əlaqələndirmə mərkəzinə çevrilir".

A.Bıçkov Bakı sammitinə də toxunub və onun tarixi xarakter daşıdığını deyib: "Azərbaycan, İran və Rusiya liderləri başa düşürlər ki, birləşib, siyasi, iqtisadi problemləri birlikdə həll etmək lazımdır".

Ekspert yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə tarixi qərarın qəbul edilə bilməsini də istisna etməyib: "Bu, münaqişəni qəti şəkildə həll etməyəcək, lakin sərhədlərin açılmasına, mal mübadiləsinə, insanların hərəkətinə imkan verən tarixi bir qərar ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə