Təhmasib Novruzov: “Taleh Bağırzadə və onun ətrafında olanlar ifşa olunublar, cəzalarını da lacaq”
Din pərdəsi altında riayakarlıq

Nardaranda Tale Bağırzadə adlı şəxsin rəhbərliyi ilə din pərdəsi altında qarışıqlıq yaratmağa və gərginlik törətməyə cəhdlər göstərildi. Buna görə də, onlar artıq həbs edilib və məhkəmə prosesi keçirilir. Maraqlıdır ki, bu şəxslər məhkəmə prosesini siyasiləşdirməyə çalışırlar. Belə fərdlərin bu istəklərinin nədən irəli gəlməsini Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov SİA-ya şərh edib.

Onun fikrincə, onların nə istəkləri məlumdur: "Yəni nəyin bahasına olursa olsun Azərbaycanda qarşıdurma yaramaq. Bununlada xarici antAzərbaycan qüvvələrin istək və arzularını yerinə yetirmək. Yəni onlar Azərbaycanı sevməyən xarici qüvvələrin sifarişlərini yerinə yetirməyə uğursuz cəhdlər göstərirlər. Taleh Bağırzadə və onun ətrafında olanlar ifşa olunublar, cəzalarını da lacaq".

Taleh Bağırzadənin Əli Kərimli, o cümlədən, Türkiyədə dövlət çevrilişinə cəhd göstərmiş gülənçilərin də müdafiə etdiyini deyən T.Novruzov onların birləşdirən maraqlar barədə də fikirlərini bildirib: "Fətullah Gülənlə Əli Kərimlinin və digər müxalif qüvvələrini birləşdirən cəhədlər məlumdur. Ölkədə qarışıqlıq salmaq onların qarşısında qoyulan əsas vəzifədir. Bütün bunlarda xaricdən verilən senarilərdir. Burada məqsəd birdir. Yəni istər Fətullah Gülənlənin, istərsədə müxalifət qüvvələrinin məqsədi eynidir. Azərbaycan və Türkiyədə bu günkü siyasətində nə Qərbə, nə Şərqə, nə Şimla, nə də ki, Cənuba söykənmək kimi elə bir anlayış yoxdur. Hər iki dost, qardaş ölkə müstəqil siyasətini yürütmək istiqamətini götürüb. Ümumiyyətlə, müxalifətin dağıdıcı qanadının radikal quruplaşmalarla, terrora meyilli dəstələrlə əməkdaşlıq etməsinin əsas səbəbi ondan ibarətdir ki, bu insanlarda milli mənəvi qurur hissi yox səviyyəsindədir. Bu şəxslər Azərbaycanda öz istəylərinə nail olmaq üçün hər cür təxribata əl atmaqdan çəkinməzlər. Əməkadaşlıq etdikləri tərəflər əsasəndə radikal ünsrlərdir və ya Azərbaycana qarşı qərəzli meyilləri ilə seçilən xarici aniAzərbaycan qüvvələrdir. Bu şəxslərə düşünürlər ki, həmin radikal qüvvələrin əli ilə nəyə isə nail ola bilərlər. Müxalifətin dağıdıcı qanadının hansı variantlara əl atmasından aslı olmayaraq onların heç bir istəyi real olmayacaqdır. Yəni onların istənilən addımının nəticəsi qalacaq".

T.Novruzov onu da bildirib ki, ümumiyyətlə, din pərdəsi adı altında nə isə bir siyasət yürütmək həmin insanlara heç vaxt baş ucalığı gətirməz" "Dindən həmin şəxslərin öz siyasi maraqları baxımından istifadə etməsi yol verilməzdir. Bu cür əməl sahiblərinə aramızda yer ola bilməz".

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə