Rusiya prezidenti: “Konstitusiyaya zidd olan hər cür cəhdin qarşısındayıq”

Rusiya prezidenti: “Konstitusiyaya zidd olan hər cür cəhdin qarşısındayıq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Konstantin sarayında görüşən Rusiyanın dövlət başçısı Vladimir Putin, Türkiyə-Rusiya əlaqələrinin normallaşmasının hər iki ölkə xalqına fayda olacağını dilə gətirib. SİA-nın xarici mtbuata istinadən məlumatına görə, Ərdoğan ilə Sankt-Peterburq şəhərindəki Konstantin sarayında başlayan görüşün mətbuata açıq hissəsində Putin təyyarə böhranından əvvəl iki ölkə əlaqələrinin unikal bir səviyyədə olduğunu, bu hadisədən sonra əlaqələrdə mənfi halların yaşandığını söyləyib.

Putin nitqinə bu cür davam edib: "Bu gün Türkiyənin daxili siyasətində yaşanan çətin vəziyyətə baxmayaraq sizin bura gəlməyiniz hamımızın ikitərəfli əlaqələrin normallaşmasını istədiyinin bir göstəricisidir. Bu da hər iki ölkə xalqlarının faydasına olacaq".

Konstitusiyaya zidd olan hər cür cəhdin qarşısındayıq

Fətullahçı terror təşkilatının (FETÖ) 15 iyuldakı dövlət çevrilişinə cəhddən sonra Ərdoğana zəng edən ilk liderlərdən biri olduğunu xatırladan Putin bildirib ki, rəsmi Moskva Konstitusiyaya zidd olan hər cür cəhdin qarşısındadır. Sizin rəhbərliyinizlə türk xalqının bu problemin öhdəsindən gələcəyinə ümid edirəm".

Rusiya prezidenti Vladimir Putin Ərdoğanla görüşmək imkanı tapdığı üçün məmnunluğunu dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə