Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin Konstantin sarayında bir araya gəlib. SİA-nın məlumatına görə, görüşdə, Türkiyə-Rusiya əlaqələrinin əhəmiyyətinə toxunan Ərdoğan bildirib: "İnanıram ki, indi atdığımız və atacağımız bu addımlarla daha fərqli bir prosesin içərisinə gələcəyik. 15 iyul Türkiyədəki dövlət çevrilişinə cəhddən sonra sizlərin bizlə əlaqə saxlaması həm bütün heyətimizi, həm də xalqımızı xoşbəxt etdi".
Türkiyə ilə Rusiya arasındakı həmrəyliyin bölgə baxımından da əhəmiyyət daşıdığına işarə edən Ərdoğan, belə söyləyib: "İnanıram ki, bütün zərbələrə adekvat cavab verməmiz bölgədəki problemlərin həllinə də yardım edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB