Səfir: “İraq turistlərinin Azərbaycanı seçməsi təsadüfi deyil” MÜSAHİBƏ
İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Al-Şüveylinin SİA-ya müsahibəsi
- Cənab səfir, Azərbaycanla İraq arasında münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
- İraq-Azərbaycan münasibətləri iki ölkənin xalqları arasında tarixi əlaqələrdən qaynaqlanır. Təbii ki, hər iki xalqın möhkəm qardaşlıq, dostluq münasibətlərini nəzərə alaraq dövlətlərimiz arasındakı münasibətlər də çox yüksək səviyyədədir. Artıq Azərbaycana səfər edən İraqdan olan turistlərinin sayı günü-gündən artır. Həmçinin, Azərbaycandan İraqa dini turizm məqsədilə gedənlərin sayı da artmaqdadır. Turistlərin sayı o həddə çatıb ki, rəqəm soruşanda, biz minlərdən danışırıq.
Ticarət baxımından da ikirətəfli əməkaşlığımız çox yüksək səviyyədədir. Bu sahədə də göstəricilər əvvəlki illərə nisbətən artıb. Biz təkcə bir sahə üzrə əməkdaşlıq etmirik. Bizim əməkdaşlığımız müxtəlif sahələri əhatə edir. Ən qabarıq nəzərə çarpan əməkdaşlıq sahələri turizm, ticarət, təhlükəsizlikdir. Təbii ki, Azərbaycan rəsmiləri ilə də yüksək səviyyəli münasibətlərimiz var və daimi təmaslarımız davam edir.
- Qeyd etdiyiniz kimi turizm sahəsində son aylar inkişaf daha çox nəzərə çarpır. Azərbaycana ərəb ölkələrindən, o cümlədən İraqdan gələn turistlərin sayı artmaqdadır. İraqlı turistlər burda hansısa problemlərlə qarşılaşırlar? Yəni daha çox hansı məqamlar onları qane etmir?
- Onu deyim ki, gün ərzində üç reys həyata keçirilir və hər təyyarədə 100-150 iraqlı turusti olur. Bu, İraq Hava Yollarının həyata keçiriyi reysdir. Uçuşlar həyata keçirən ikinci bir şirkət də var, Fly Baghdad, onunla da turistlər gəlirlər. İraqın ən çox Bağdad, Nəcəf, Bəsrə şəhərlərindən Azərbaycana turistlər gəlirlər. Onu da deyim ki, İraq turistlərinin gözəl zövqü var, yəni onlar seçim etməyi bacarırlar. Azərbaycanı seçmələri də təsadüfü deyil. Və digərlərinə də bura gəlməyi məsləhət görürlər. O ki qaldı problemlərə, turistlər bura hər hansı bir turizm şirkətinin xətti ilə gəlirlər və təbii ki, onlara səfər proqramı təqdim olunur. Yəni hansı yerlərlə tanış olacaqlar və s. Amma təəssüf ki, bu proqramı tam olaraq reallaşdırmırlar. Bunu ya turizm şirkətləri deməsinlər, ya da deyiblərsə, etməlidirlər. Həmin şirkətlər tam qrafikə uyğun işləməlidir. İkinci məsələ isə bundan ibarətdir ki, elə şirkətlər var lisenziyaları olmadan işləyirlər. Bu məsələlərin qarşısının alınması ilə bağlı Azərbaycan XİN və Dövlət Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq var. İnşallah bu məsələyə yaxın günlərdə son qoyulacaq.
- İraqın dini məkanlarda təhlükəsizlik necə qorunur?
- Azərbaycanlıların da ziyarət etdikləri dini məkanlar, Nəcəf, Kərbala, Samirədə təhlükəsizlik çox yüksək səviyyədədir. Çünki həmin ərazilərdə İŞİD və ona bənzər terrorçu təşkilatlar mövcud deyil. Bu müqəddəs yerlər çox yüksək səviyyədə qorunur və digər məntəqələrə nisbətən təhlükəsizlik daha qabarıq şəkildədir.
- Cənab səfir, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün hansı addımların atılması nəzərə tutulub?
- İqtisadi sahədə əlaqələrin inkişafı istiqamətində çox böyük addımlar atılıb. Onu deyə bilərəm ki, bu sahədə böyük yeniliklər olacaq, amma əvvəlcədən açıqlamaq istəmirəm, çünki hələlik iş gedir. Amma yaxın vaxtlarda bu barədə ictimaiyyətə məlumat veriləcək.
- İraqda İŞİD-lə mübarizəə son vəziyyət necədir?
- İŞİD və ona bənzər terrorçu qruplaşmalara qarşı hərbi əməliyyatlar uğurlu şəkildə davam edir. Ümumi olaraq bunu deyə bilərəm ki, terrorizmin 4 əsas şərti var. Onun planını hazırlayan, həyata keçirən, bu planın reallaşmasına dəstək verən və nəticəsindən istifadə edən.
Buna əsasən Allaha şükür ki, döyüşlərdə böyük nailiyyətlər əldə etmişik, artıq İŞİD-in əksər liderlərinin məhv edilməsi, yaxud ölkədən qaçmasına nail olmuşuq. Hətta onu deyə bilərəm ki, Mosulun bəzi hissələrini də azad etmişik. Ümid edirik ki, yaxın vaxtlarda İŞİD-dən qurtula biləcəyik.
- İraqın Türkiyə ilə münasibətləri barədə nə deyə bilərsiniz?
- İraqın Türkiyə ilə çox gözəl münasibətləri var. Təbii ki, bu münasibətlərin yaxşı olması ona əsaslanır ki, ilkin olaraq qonşuluq prinsipinə əməl edilir, ikincisi bu istiqamətdə qəbul edilmiş beynəlxalq konvensiyalara, memorandumlara əməl edilir. Ən böyük nailiyyətimiz budur ki, biz türk xalqını sevirik, daim ehtiram bəsləyirk və türk xalqı da bizə eyni münasibəti bəsləyir.
Yeri gəlmişkən, mən Azərbaycan dövlətinə və xalqına da öz təşəkkürümü çatdırmaq istəyirəm. Bizimlə yanaşı olaraq İstanbulda UNESCO Ümumdünya İrs Komitəsinin 40-cı sessiyası zamanı İraqda yerləşən Əhbar və digər tarixi yerlər Azərbaycanın dəstəyi və səsverməsi ilə Beynəlxalq İrs komissiyasının layihəsinə əlavə edildi. İraq xalqı Azərbaycan xalqını çox sevir və iki dövlət arasında yüksək əlaqələnirmə var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB