Xəbər verildiyi kimi prezident Serj Sarkisyan avqustun 10-da Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfər edəcək. Erməni mətbuatı bu səfərdən sonra Sarkisyanın işğal altında olan Dağlıq Qarabağı Azərbaycana təhvil verəcəyi barədə məqalə dərc edib. SİA "armenianreport" saytına istinadən xəbər verir ki, erməni müəllifin "10 avqustda Sarkisyan Dağlıq Qarabağı Vladimir Putin və İlham Əliyevə təhvil verəcək" məqaləsində cinayətkar rejimin rəhbəri Sarkisyanın təslim olmağa hazırlaşdığını yazıb.
"Kremlin yaydığı məlumatda dövlət başçılarının regionun aktual məsələlərini müzakirə edəcəkləri bildirilir. Bizim regionda Dağlıq Qarabağ münaqişəsindən başqa aktual hansı məsələ ola bilər?. Nəzərə alınsa ki, bu görüş Putinin Bakıya səfərindən sonra baş tutacaq, onda hər şey aydın olur. Putin Qarabağ münaqişəsinin həllində Sarkisyanın qarşısına şərtlər qoyacaq. Şərtlər isə aydındır, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması. Moskva görüşündə Sarkisyanın müəyyən güzəştlərə məcbur ediləcəyi gözləniləndir", - yazan erməni mətbuatının iddiasına görə, Sarkisyan indi istənilən güzəştə getməyə hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB