Zərif: “Şimal-Cənub” dəhlizi ölkələrin vacib hədəfləri sırasına keçəcək”

Zərif: “Şimal-Cənub” dəhlizi ölkələrin vacib hədəfləri sırasına keçəcək”

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi hər üç ölkənin vacib hədəfləri sırasına keçəcək". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşünün yekunu ilə bağlı keçirilən mətbuat konfransında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Növbəti toplantının İranda baş tutacağını deyən XİN başçısı söyləyib ki, hər üç ölkənin nazirləri gələn il bir araya gələcək və fikir mübadiləsi aparacaqlar: "İkili və üçlü format üzrə müzakirələr davam etdiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə