Yekun bəyənnamə imzalandı

"Azərbaycan, İran və Rusiya üçtərəfli formatı bölgədə sabitlik üçün mühüm faktordur". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən üçtərəfli görüşdə çıxışı zamanı deyib.

Ölkə başçısı söyləyib ki, ölkələr arasında siyasi əlaqələr gələcəklər daha da möhkəmləndirilməlidir: "Biz həm ölkələrimizi qoruyacaq, həm də regionda əməkdaşlığı dərinləşdirəcəyik. Bu gün gündəlik çox genişdir. Biz qonşuyuq. Əlaqələrimiz daha da möhkəmlənməlidir. Ölkələr arasında iqtisadi potensialın artırılması istiqamətində müxtəlif tədbirlər görüləcək. Nəqliyyat, energetika sahəsində əməkdaşlıq üçün böyük imkanlar var. Bu imkanlar hər üç ölkənn səyi ilə yaranır gələcəkdə başqa ölkələr də bu layihələrə qoşulacaq. Bizim əməkdaşlığımızın təməlində səmimi münasibətlərimiz dayanır. Xoşbəxtlikdən bizim əlaqələrimiz qarşılıqlı hörmət əsasında qurulub. Biz bir-birimizə inanır, bir-birimizi dəstəkləyirik. Ölkələrimiz bütün dünyaya əməkdaşlıq nümunəsi göstərir. Bu baxımdan hesab edirəm ki, Bakıda keçirilən üçtərəfli görüşün nəticələri uğurlu olacaq. Burada imzalanacaq bəyənnamədə göstərilənlər yerinə yetiriləcək, bunun sayəsində xalqlarımız daha da yüksək səviyyədə və sülh şəraitində yaşayacaq. Bugünkü görüşün təşkilində hər üç ölkənin XİN başçıları böyük səy göstiriblər. Bu, tarixi görüşdür. Əminəm ki, üçtərəfli format davam edəcək, ölkələr arasında əməkdaşlıq daha da genişlənəcək".

Görüşün sonunda prezidentlər birgə bəyənnamə imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə