Prezident: "Üçtərəfli görüş yeni əməkdaşlığa təkan verəcək"

Prezident: "Üçtərəfli görüş yeni əməkdaşlığa təkan verəcək"

"Bu gün tarixdə ilk dəfə olaraq üçtərəfli görüş keçirilir. Zirvə görüşündə iştirakına görə İran və Rusiya prezidentlərinə təşəkkür edirəm". SİA-nın xəbərinə görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan, İran və Rusiya ölkə başçılarının üçtərəfli görüşü zamanı çıxışında deyib.

Ölkə başçısı söyləyib ki, bugünkü görüş yeni əməkdaşlığa təkan verəcək: "Azərbaycanı hər iki ölkə ilə sıx dostluq münasibətləri bağlayır. Ölkələrimiz bir sıra beynəlxalq təşkilatlarda bir-birilərini dəstəkləyirlər. Azərbaycan hər zaman İran və Rusiyaya tətbiq olunan sanksiyalara qarşı çıxıb və bununla bağlı mövqeyini bildirib. Qonşularımızla dostluq əlaqələri milli maraqlarımıza uyğundur. Hər iki ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. BMT, Qoşulmama və digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Münaqişənin həllində status-kvo qəbuledilməzdir. Uzun illərdir ki Azərbaycanın ərazi bütövlüyü pozulub, ölkəmizdə1 milyondan çox qaçqın və köçkün var. BMT-nin ərazi bütövlüyümüzün təmini ilə bağlı 4 qətnaməsi var. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən qeyd şərtsiz çıxarılması əksini tapsa da, əfsuslar olsun ki, həmin qətnamələr yerinə yetirilmir".

Bütün xəbərlər Facebook səhifəmizdə