Polis rəisinin qardaşı haqqında NÖVBƏTİ FAKTLAR

Polis rəisinin qardaşı haqqında NÖVBƏTİ FAKTLAR

İyulun 29-dan 30-a qədər İrəvanın Sari Tax küçəsində baş verən iğtişaşlar zamanı öndə gedən "qanun keşikçisi", polis qüvvələrinin 1001-ci hərbi hissəsi qərargahının rəis müavini Larnik Yeranosyanın keçmişi haqqında yeni təfərrüatlar üzə çıxıb. SİA xəbər verir ki, "Aykakan Jamanak" qəzetinin yazdığına görə, adıçəkilən şəxs Ermənistanın müdafiə nazirliyinin tərkibindəki "N" saylı hərbi hissəsində komandir vəzifəsində olarkən, azadlıqdan məhrumedilmə cəzası alıb. Səbəb Yeranosyanın sərxoşluqla məşğul olması, əmrində olan zabit və əsgərləri öldürməklə hədələməsi, eləcə də digər skandal xarakterli addımlar atması olub.

Xatırladaq ki, İrəvanın polis rəsisi Lyova Yeranosyanın qardaşı Lernik Yeranosyan Xorenatsi küçəsində mitinqçilərin üzərinə əl qumbarası ataraq, bir neçə nəfərin ağır yaralanmasına səbəb olub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə