"Arif Hacılı kimi komsomol təfəkkür sahibini, avanturisti, intellektdən kasad bir adamı siyasi piyasaya (gündəmə-red.) soxan, onu bəsləyən, böyüdən esas 2 siyasi fiqur var. 1. İsa Qəmber, 2. Rauf Arifoğlu". SİA xəbər verir ki, bu fikirləri Müsavat baqşanının keçmiş müşaviri, hazırda Qubad İbadoğlunun rəhbərli etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatında (ADR) təmsil olunan Səxavət Əlisoy "facebook" sosial şəbəkəsində bildirib.
ADR rəsmisi iddia edir ki, Müsavat başqanı Arif Hacılı vaxtilə ona siyasi çevrədə böyük dəstək göstərmiş "Yeni Müsavat" qəzetinin baş redkatoru Rauf Arifoğlunu ittiham edir və növbə İsa Qəmbərdədir: "Hacılı bu gün Rauf Arifoğluna savaş açdı, sıra İsa Qəmbərindir. Yetər ki, İsa bəy Hacılının gerçək sifətinin bir elementini açıqlasın."
Səxavət Əlisoy hesab edir ki, Arif Hacılı ilə bağlı 2 il öncəki düşüncəsində qalmaqda davam edir: "2 il əvvəl yazdım, təkrara fayda var, bu zatın Müsavata başqanı olması Müsavat cameəsine tehqirdir".
Xatırladaq ki, Müsavat başqanı Arif Hacılı və ətrafı "Yeni Müsavat" qəzetinin baş redaktoru Arif Hacılını partiyanı parçalamaqda, müsavatçılıq ideologiyasını satmaqda ittiham edir. Nəticədə "Yeni Müsavat" qəzetinin Müsavat partiyasında qalan üzvləri etiraz əlaməti olaraq partiya sıralarını tərk ediblər. Eyni zamanda, Müsavat Partiyasının rəsmi saytı olan "bastainfo"da Rauf Arifoğluna qarşı əks-kampaniyaya start verilib. Tərəflər bir-birlərini siyasi maraqlara xəyanət etməkdə suçlayırlar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB