Akif Nəcəfli Müsavatdan istefa verdi

Akif Nəcəfli Müsavatdan istefa verdi

"Müsavt partiyasını 8-ci qurultayında Arif Hacılı partiyanın başqanı postuna gətiriləndən sonra partiyada azad sözə, demokratik fikirlərə basqılardan narahatlığımı dəfələrlə ifadə etsəm də, heç bir müsbət addımın atıldığının şahidi olmamışam, əksinə, bu basqıların getdikcə repressiv tədbirlərlə əvəzləndiyini böyük təəssüf hissi ilə müşahidə etmişəm". Bu fikri SİA-ya Müsavat partiyasının Qaradağ rayon təşkilatının sədri Akif Nəcəfli istefa ilə bağlı bəyanatında deyib.

A.Nəcəfli 1992-ci ildən partiya üzvü olduğunu, 2006-2016-cı illərdə partiyanın Qaradağ rayon təşkilatına rəhbərlik etdiyini qeyd edərək, Müsavatın indik başqanının özbaşınalıq etdiyini, partiyada rapresiya mühitinin yaradığını söyləyib. Partiya funksionerinin sözlərinə görə Müsavat Partiyasını ələ keçirmiş bir qrupun siyasi oyunbazlığın indi də davam etdiyini və Arif Hacılının partiyada azad sözə, demokratik fikirlərə basqılar etdiyini bildirib: "Bu basqıların getdikcə repressiv tədbirlərlə əvəzləndiyini böyük təəssüf hissi ilə müşahidə etmişəm. Həmçinin, 2015-ci il parlament seçkilərində Müsavat Partiyasını ələ keçirmiş bir qrupun siyasi oyunbazlığı indi də davam etməkdədir. Belə ki, seçki məntəqələrinin dördə birinə nəzarət etmək gücündə olmayan bir təşkilatın əvvəl seçkiyə gedib, sonra seçkiyə iki gün qalmış boykot taktikası seçməsi anlaşılan deyil və bu vəziyyət indi də davam etməkdədir. Hesab edirəm ki, bu hakimiyyətin hərəkətlərinə legitimlik donu geyindirməkdir. Bu isə Müsavtın siyasi meydandan bir dəfəlik silinməsi deməkdir".

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə