Qiyamdan sonra fərqli rəsmi qarşılanma TÜRKİYƏDƏ

Qiyamdan sonra fərqli rəsmi qarşılanma TÜRKİYƏDƏ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul dövlət çevrilişi cəhdindən sonra ilk dəfə ölkəsini ziyarət edən xarici həmkarı – Qazağıstan prezidenti Nursultan Nazarbayevi rəsmi şəkildə qarşılayıb. SİA "hurriyet.com.tr"yə istnadən xəbər verir ki, bu dəfəki rəsmi qarşılanma mərasimi daha öncəkilərdən bir neçə detalları ilə fərqlənib. Belə ki, mərasim zamanı 16 türkdilli dövləti təmsil edən əsgərlər tarixi unoformaları və bayraqları ilə sıra şəklində dayanıblar.

Digər tərəfdən, qiqqətçəkici məqamlardan biri də prezident qvardiyasının əsgərlərinin həmin mərasimdə olmamasıydı. Onların yerini hərbi çevriliş zamanı xüsusi mübarizlik sərgiləyən xüsusi təyinatlı polislər tutub. Polisə aid olan və havadan müdafiə sistemi ilə təchiz edilmiş zirehli "Əjdəha" hərbi avtomobilləri prezident sarayının ətrafında və daxilində növbə çəkiblər.

Xatırladaq ki, iyul qiyamından sonra Ərdoğan hakimiyyəti Qazağıstandan FETÖ təşkilatına aid təhsil müəssisələrinin bağlanmasını tələb etmişdi. Qazağıstan isə rəsmi şəkildə bəyanat verərək, bunu ölkəsinin daxili işlərinə qarşımaq kimi qiymətləndirib. Qeyd olunub ki, bu təhsil müəssisələri yenicə müstəqillik əldə etmiş Qazağıstan respublikasının prezidenti Nursultan Nazarbayevlə Türkiyə cümhuriyyətinin mərhum prezidenti Turqut Özal arasında imzalanan ikili sənədlər əsasında fəaliyyət göstərib və bağlanılması mümkünsüzdür.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə