Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Bert Şufsu qəbul edib. SİA-nın məlumatına görə, Elmar Məmmədyarov səfir Bert Şufsu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Görüşdə Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olundu, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB